Ana səhifə

Qubadlı rayonunda növbəti Radio-Televiziya Yayım Stansiyasının işi bərpa edilib

Qubadlı rayonu ərazisində yerləşən Balasoltanlı Radio-Televiziya Yayım Stansiyası torpaqlar işğal altında olan müddətdə istismara yararsız vəziyyətə düşüb. İşğaldan azad olunan ərazilərdə radio-televiziya yayım şəbəkəsinin bərpası istiqamətində aparılan işlər çərçivəsində sözügedən stansiyaya elektrik veriliş xətti çəkilib, texniki bina təmir edilib və…
Davamını oxu

“Teleradio” İB-nin bir qrup əməkdaşı təltif edilib

6 dekabr – Rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı münasibətilə “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyinin (“Teleradio” İB) on doqquz əməkdaşı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Fəxri Fərmanı ilə təltif edilib, iki əməkdaşı isə “Rabitə ustası” fəxri…
Davamını oxu

“Teleradio” İstehsalat Birliyində Zəfər Günü qeyd edilib

“Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyində (Teleradio İB) 8 Noyabr – Zəfər Günü münasibətilə tədbir keçirilib. Tədbir çərçivəsində “Teleradio” İB-nin inzibati binasında yaradılmış şəhidlərin xatirə guşəsinin qarşısına əklil qoyulub və Zəfər Günü ilə bağlı çıxışlar dinlənilib. Çıxışlar zamanı 44…
Davamını oxu

6 noyabr – Azərbaycan Televiziyası və Radiosu Günüdür

1926-cı ilin bu günü ölkəmizdə ilk dəfə radio proqramı efirdə yayımlandı. Hər ilin bu günü Azərbaycan Televiziyası və Radiosu Günü olaraq televiziya və radio işçilərinin peşə bayramı kimi qeyd olunur. 1956-cı ilin 14 fevralında ilk dəfə ağ-qara təsvirdə AzTV1 proqramı…
Davamını oxu

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 07 oktyabr 2023-cü il tarixli 818s nömrəli Sərəncamı ilə “Azərbaycan Respublikasının ərazisində rəqəmsal radio yayımının tətbiqi və inkişafı üzrə Tədbirlər Planı” təsdiq edilib

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 07 oktyabr 2023-cü il tarixli 818s nömrəli Sərəncamı ilə “Azərbaycan Respublikasının ərazisində rəqəmsal radio yayımının tətbiqi və inkişafı üzrə Tədbirlər Planı” təsdiq edilib. Rəqəmsal radio yayıma keçidlə əlaqədar Avropa İttifaqı və digər inkişaf etmiş ölkələrdə DAB+ standartlı rəqəmsal…
Davamını oxu

Radio-televiziya yayımı Xankəndidə də təmin olunur

Sentyabrın 29-da Yevlax şəhərində Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələri ilə növbəti görüş zamanı radio-televiziya yayımlarının təşkili ilə bağlı onlar tərəfindən edilən xahişin yerinə yetirilməsi məqsədilə bölgədəki yayım vəziyyəti araşdırılıb. Belə ki, aparılmış radiomonitorinqlər nəticəsində Şuşa Radio-Televiziya Yayım Stansiyası…
Davamını oxu

Ölkə ərazisində radioyayım şəbəkəsinin genişləndirilməsi üçün maliyyə vəsaiti ayrılıb

Azərbaycan Respublikasının ərazisində radioyayım şəbəkəsinin genişləndirilməsi üçün maliyyə vəsaitinin ayrılması haqqında Azərbaycan Respublikası Prezidenti Sərəncam imzalayıb. Sərəncamın mətni aşağıda təqdim edilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ölkədə mövcud yayım stansiyalarının maddi-texniki bazasının yaxşılaşdırılması, dayanıqlı fəaliyyətinin təmin…
Davamını oxu