Teleradio İB-nin tarixi və fəaliyyəti

Azərbaycan SSR Nazirlər Sovetinin 392 saylı, 2 noyabr 1988-ci il tarixli qərarı və Rabitə  nazirliyinin 352 saylı, 3 noyabr 1988-ci il tarixli əmri ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Rabitə nazirliyinin strukturuna müvafiq olaraq Rabitə nazirliyinin 15 noyabr 1988-ci il tarixli, 360 saylı əmri ilə 01 dekabr 1988-ci il tarixdən Respublika Radio-televiziya Verici Mərkəzinin və Azərbaycan Respublika Radio Mərkəzinin bazasında “Radioverilişləri, Radiorabitəsi və Televiziya” İstehsalat Birliyi yaradılmışdır.

Dövlət Statistika Komitəsindən 0038178 saylı, 21.11.1996-cı il tarixli, Ədliyyə nazirliyindən 1605 saylı, 13.11.1996-c il tarixli qeydiyyat şəhadətnaməsi alınmışdır.

Teleradio İB Azərbaycan Respublikası Prezidentinin 20 fevral 2004-cü il tarixli 94-№li Sərəncamına və Azərbaycan Respublikası Prezidentinin 10 avqust 2004-cüil tarixli Fərmanı ilə təsdiq edilmiş Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi haqqında əsasnaməyə müvafiq olaraq, Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin 2005-ci il tarixli müvafiq əmri ilə Azərbaycan Respublikası Rabitə Nazirliyinin Radioverilişləri, Radiorabitəsi və Televiziya İstehsalat Birliyinin adı dəyişdirilərək “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyi (Teleradio İB) yaradılmışdır.

Teleradio İB respublikada radio-televiziyanın yerüstü yayımını, radio rabitəsini (radio-rele xətt şəbəkəsinin istismarını), radio-televiziya proqramlarının peykdən yayımını və s. xidmətləri təmin edən dövlət müəssisəsidir.

Nazirlər Kabinetinin 31 mart 2014-cü il tarixli, 91 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında mühafizə olunmalı, həyat təminatlı, mühüm əhəmiyyətli obyektlərin Siyahısı”na Teleradio İB-nin aşağıdakı obyektləri (stansiyaları) daxil edilmişdir:

  1. Bakı Teleqüllə Kompleksi
  2. Gülüstan RTYS
  3. Lerik RTYS
  4. Əhmədbəyli RTYS
  5. Poylu RTYS
  6. Zaqatala RTYS
  7. Gəncə RTYS

Teleradio İB-nin xidmətləri:

-Yerüstü analoq radio yayımı (FM);

-Rəqəmsal radio yayımı (DAB+);

-Yerüstü rəqəmsal televiziya yayımı (DVB-T/T2);

-Radio-televiziya proqramlarının peykdən yayımı (DVB-S/S2);

-Rəqəmsal radio rabitəsi (radio-rele xətt şəbəkəsinin istismarı);

-Peyk rabitəsinin təşkili;

-Up-link xidməti;

-IP TV xidməti;

-HD formatlı yayım;

-FM radio və TV vericilərin anten-fider sistemlərinin layihələndirilməsi və istismarı;

-Özəl radio və TV şirkətlərinin, mobil operatorların və digər radio rabitə istifadəçilərinin avadanlıqlarına texniki xidmətin göstərilməsi.

06.11.1926-cı ildə Bakı şəhərində 1 nömrəli radiostansiya qurularaq istismara verilmişdir. Nəticədə, 1,2 kVt-lıq (naqilli) verici vasitəsi ilə respublikada ilk dəfə radioproqram efirdə yayımlanmışdır. Sonradan, 1936-cı ildə 35 kVt-lıq radio vericisi vasitəsi ilə “Respublika” radio proqramı, 1970-cı ildə isə 20 kVt-lıq radio vericisi vasitəsi ilə “Araz” radioproqramı orta dalğada yayıma başlamışdır. 1969-cu ildən bu radio proqramlar “stereo” yayıma keçirilmişdir. SSRİ dövründə radiostansiya ərazisində müxtəlif tipli orta və qısa dalğa diapazonunda işləyən güclü radiovericilər vasitəsi ilə xaricə yayım həyata keçirilmişdir. Müstəqillik dövründən isə 891 kHs tezlikdə SRV-30, 702 kHs tezlikdə SRV-20, 1530 kHs tezlikdə SRV-7 radiovericiləri vasitəsi ilə “Respublika” və “İctimai” radioproqramlarının yayımı həyata keçirilmişdir.

1956-cı ildə televiziya yayımı üçün polad bloklardan yığılmış 180 m.-lik ilk qüllə Bakı şəhərində qurulmuş və 14.02.1956-cı il tarixində ilk dəfə 5 kVt (VHF diapazonda) TV vericisi vasitəsi ilə ağ-qara təsvirdə AzTV1 proqramının yayımı təmin olunmuşdur.

1957-ci ilin 28 iyununda ilk dəfə olaraq səyyar televiziya vasitəsi ilə Respublika stadionunda canlı yayım verilmişdir.

1961-ci ildə Gəncə, Göyçay, Şuşa şəhərində güclü TV  stansiyalar istismara verilmişdir.

1962-c ildə Naxçıvan MR-da kiçik güclü TV stansiya və studiya istismara verilmişdir.

1967-ci ildən ağ-qara televiziya yayımından rəngli (secam) TV yayıma keçirilmişdir.

Respublikanın regionlarında televiziya yayımının təşkili məqsədi ilə radio-rele xətlərinin tikintisinə başlanılmış və ilk dəfə 1980-cı ildə Bakı-Ağstafa radio-rele xətti istismara verilmişdir.

1980-cı ildən başlayaraq televiziya proqramlarının peykdən qəbul sistemlərinin tətbiqinə başlanılmış və Moskva tipli kosmik qəbul stansiyası qurulub istismara verilmişdir.

1991-ci ildə Azərbaycanın yenidən müstəqillik qazanması ilə radio-televiziya yayım şəbəkəsinin keçmiş Sovetlər Birliyinin mərkəzləşdirilmiş şəbəkəsindən ayrılması, tənəzzülün dayandırılması və şəbəkənin müstəqil inkişafı üçün tədbirlər görülməyə başlanıldı. Lakin, o vaxtlar bu işlər çox ləng davam edirdi. Belə ki, mövcud radio-TV vericilərinin mənəvi və fiziki cəhətdən köhnə olması, lampalı vericilərin əksəriyyət təşkil etməsi, iqtisadi əlaqələrin dağılması ilə ehtiyat hissələrinin əldə edilməsində çətinliklərin olması, eləcə də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi respublikanın bəzi bölgələrində yayım keyfiyyətinin və əhatəsinin aşağı düşməsinə, hətta Naxçıvan MR-də və bir sıra bölgələrdə yayımın kəsilməsinə gətirib çıxardı. 1993-cü ildə Heydər Əliyevin ikinci dəfə Azərbaycana rəhbərliyə qayıtması Respublikada digər sahələrdə olduğu kimi radio-televiziya yayım şəbəkəsində bərpa və inkişaf tədbirlərinin görülməsinə təkan verdi. Keçmiş Rabitə Nazirliyinin tabeçiliyində olan Radio-Mərkəzi və Respublika Televiziya Ötürücü Mərkəzinin bazasında yaradılmış Teleradio İB-nin mütəxəssisləri tərəfindən mövcud avadanlıqların texniki parametrlərinin bərpası, Rusiya və Çexiya istehsalı olan avadanlıqların tədricən daha müasir Avropa ölkələrinin istehsalı olan avadanlıqlara dəyişdirilməsi işləri həyata keçirildi.

1992-1993-cü illərdən başlayaraq, respublikada Türkiyənin TRT TV proqramının, sonralar isə TGRT proqramlarının yayımı təşkil edildi. ANS, BMTİ kimi özəl TV kanallar, eləcə də Milli Televiziyanın 2-ci proqramı olan AzTV2 fəaliyyətə başladı. Məhz bu dövrdən başlayaraq ölkə rəhbərliyinin bilavasitə qayğısı nəticəsində Teleradio İB-nin mütəxəssisləri tərəfindən radio-TV yayımının inkişafı üzrə məqsədyönlü tədbirlərin həyata keçirilməsinə başlanıldı.

1992-ci ildə Bakı və Ankara arasında peyk rabitəsinin təşkil olunması nəticəsində bu sahədə inkişafa böyük təkan verildi və müxtəlif peyklərdən istifadə etməklə Azərbaycan Respublikasının bir çox ölkələrlə birlikdə peyk rabitə sistemi təşkil olunmuşdur.

1980-ci ildə SSRİ Nazirlər Kabinetinin qərarı əsasında Azərbaycan Respublikası Rabitə Nazirliyinin 4486 saylı sifarişi ilə SSRİ-nin Rabitə Nazirliyinin Dövlət Layihə İnstitutu tərəfindən layihələndirilmiş Bakı Teleqüllə Kompleksinin tikintisinə başlanmışdır. Layihəyə əsasən, inşaat işləri 1985-ci ildə başa çatdırılmalı idi. Lakin, müəyyən səbəblərdən tikintinin aparılması dayandırılmışdır. 1993-cü ildən ümummilli lider Heydər Əliyevin göstərişi ilə qüllənin tikintisinin davamı yenidən başlanmış və 1996-cı ildə başa çatdırılmışdır. 13 avqust 1996-cı ildə ümummilli lider Heydər Əliyevin iştirakı ilə rəsmi açılış mərasimi ilə Bakı Teleqüllə Kompleksi istifadəyə verilmişdir. 1996-cı ildə AzTV1 proqramı 5 kVt-lıq TV verici vasitəsi ilə VHF diapazonunda, 2001-ci ildən isə 5 kVt-lıq TV verici vasitəsi ilə UHF diapazonunda Bakı Teleqüllə Kompleksi üzərindən yayımlanmağa başladı. 1997-ci ildən 1Respublika və Araz  radio proqramları Bakı Teleqüllə Kompleksindən FM diapazonunda yayımlanmağa başlamışdır.

1996-cı ildə Bakı  Teleqüllə Kompleksinin yerüstü peyk stansiyası qurulmaqla, ilk dəfə Azərbaycan Televiziyasının Türksat peykindən Rəqəmsal rejimdə yayımına başlanılmışdır ki, bu da nəinki respublikamızda, eləcə də Türkiyə, Qafqaz, Orta Asiya və Yaxın Şərqdə Milli Televiziyanın fərdi qəbuluna imkan yaratmışdır.

O zaman, Bakı Teleqüllə Kompleksindən bir TV kanal yayımlanırdısa, bu gün artıq, yüzlərlə proqramın ən müasir standart və formatlarda yayımı aparılır.

Bakı Teleqüllə Kompleksi ən müasir radio-televiziya avadanlıqları ilə təchiz olunmaqla, respublikamızda radio-televiziya yayımının, kosmik radio rabitənin, yerüstü radio rabitənin təşkilində əsas vəzifəni yerinə yetirir.

– Qüllənin hündürlüyü – 310 m. (200 dəmir-beton + 110 m. metal hissə);

– Dəniz səviyyəsindən hündürlüyü – 136 m.;

– Qüllənin çəkisi – 40.000 ton;

– Tunelin uzunluğu – 87 m., diametri 6 m.;

1996-cı ildə AzTV1, I Respublika və Araz dövlət proqramlarının əvvəlcə Türksat 1C 420 peyki üzərindən, 2003-cü ildən isə alternativ olaraq Sesat 360 peyki üzərindən yayımı təşkil edilmiş və bununla da respublika ərazisinin bütün yaşayış məntəqələrinin dövlət radio-televiziya proqramlarının peykdən qəbulu üçün imkan yaradılmışdır. Həmçinin Avropa, Asiya, Yaxın Şərq dövlətlərində bu proqramın peykdən qəbul imkanı yaradılmışdır.

1997-ci ildə Bakı şəhərində radio proqramlarının ənənəvi uzun, orta və qısa dalğalarda yayımı ilə yanaşı Azərbaycanda ilk dəfə olaraq, FM diapazonunda yayım təşkil edilmişdir.

1997-2000-ci illərdə dövlət radio-TV proqramları ilə yanaşı ANS, Space TV, Lider TV kimi özəl TV proqramlar, eləcə də Türkiyənin NTV, STV, Kanal D TV proqramları, France Radio, Radio Rossiya, Bürc FM radio proqramlarının yayımı təşkil olunmuşdur.

1998-2005-ci illərdə Teleradio İB-nin mütəxəssisləri tərəfindən mövcud radio-televiziya yayım şəbəkəsinin rekonstruksiyası və genişləndirilməsi işləri davam etdirilmişdir. Belə ki, AzTV proqramını yayımlayan Bakı, Naxçıvan, Ordubad, İmişli, Gəncə, Lerik, İvanovka, Danaçı RTYS-lərdəki mənəvi və fiziki cəhətdən köhnəlmiş lampalı 5 kVt-lıq güclü TV vericilər daha müasir tranzistorlu desimetrlik TV vericiləri ilə əvəz edilmişdir. 30-dan yuxarı orta güclü (100-500 Vt) müasir TV vericiləri quraşdırılmaqla, lampalı vericilər istismardan çıxarılmış, 200-dən yuxarı kiçik güclü yeni TV vericiləri (10-50 Vt) alınaraq, TV qəbulu olmayan yaşayış məntəqələrində AzTV proqramının yayımı üçün istismara verilmişdir. Efir qəbulu ilə işləyən televiziya retranslyatorları tamamilə peykdən qəbula keçirilmişdir. Respublika və Araz Radio proqramlarının regionlarda yayımı üçün 20 ədəd müxtəlif güclü (250 Vt, 1,5 kVt) FM vericiləri alınaraq, Teleradio İB-yə məxsus RTYS-lərdə istismara verilmişdir. AzTV, Respublika və Araz radio proqramlarının qəbulu üçün 350-dən yuxarı peyk qəbul stansiyası alınaraq, radio-televiziya yayım stansiyalarında quraşdırılıb istismara verilmişdir.

2003-cü ildə ilk dəfə radio-TV proqramlarının lifli-optik kabel vasitəsilə ötürülməsi tətbiq edilmiş, AzTV ilə Bakı Teleqüllə Kompleksi arasında uzunluğu 2,5 km olan lifli-optik radio-TV ötürücü xətti istifadəyə verilmişdir. Elə həmin ildə AzTV proqramının peykdən Avropaya yayımının təmin edilməsi üçün Sesat peykinə işləyən yerüstü TV ötürücü peyk stansiyası Bakı Teleqüllə Kompleksində istismara verilmiş və AzTV proqramının alternativ peykdən yayımı təşkil edilmişdir. Bununla yanaşı, Bakı və Abşeron yarımadasında AzTV1 və AzTV2 proqramlarının yayım keyfiyyətinin yaxşılaşdırılması üçün Bakı Teleqüllə Kompleksinin 310 m. səviyyəsində gücü 20 kVt olan unikal anten sistemi layihələndirilmiş və alınaraq, istismara verilmişdir.

2003-cü ildə Aztelekom İstehsalat Birliyinə beynəlxalq kanalları ötürən radio-rele xətti (RRX) ilə fiber-optik xətt arasında keçid sistemi yaradılmışdır.

2004-cü ildə ilk dəfə olaraq regionlarda Respublika və Araz radio proqramlarının peykdən ötürülməklə stereo yayımı təmin edilmiş və RDS sistemi tətbiq edilmişdir. Elə həmin ildə Zaqafqaziya və Asiya dövlətləri içində ilk dəfə olaraq Bakı şəhərində DVB-T Avropa standartlı yerüstü Rəqəmsal televiziya yayımına başlanılmışdır. Bakı Teleqüllə Kompleksində qurularaq istismara verilmiş RMS gücü 300 Vt olan Rəqəmsal verici vasitəsilə 37-ci TV kanalda 4 proqramın yayımı təşkil olunmuşdur. Bundan başqa, Hermes-Datacom Ltd şirkəti üçün Bakı-London istiqamətində 128 kbit/s tutumlu peyk rabitə kanalı təşkil olunmuş, eyni zamanda, Almaniyanın “Pleneksis” şirkəti üçün Bakı-Hamelin istiqamətində 1,024 mbit/s tutumlu peyk rabitə kanalın təşkili üçün 3,8 m. diametrli anten İntelsat 902, 600 peykinə istiqamətləndirilməklə, yeni transiver və modem avadanlıqları qurulmaqla stansiyada test işləri aparılmaqla istismara verilmişdir. Bakı-“Təbriz Xəlilbəyli” gəmisi və Bakı-“T.İsmayılov” üzən qurğusu arasında RESA şirkəti üçün müvafiq olaraq 128 kbit/s və 250 kbit/s tutumlu peyk rabitə kanalları da 2004-cü ildə təşkil olunmuşdur.

2004-cü ildə Gədəbəy rayonu Gər-Gər RTS üçün yeni stansiya binası tikilib istismara verilmişdir.

Respublika Prezidentinin 2004-cü ildə Gürcüstana səfəri zamanı azərbaycanlılar yaşayan ərazilərdə sosial tədbirlərin həyata keçirilməsi barədə verilən tapşırığın icrası məqsədilə, Teleradio İB tərəfindən operativ şəkildə 1 ədəd 15 Vt-lıq TV vericisi və peyk qəbul avadanlığı Gürcüstanın Marneuli rayonunun Ağaməmmədli kəndində qurulub istismara verilmiş və AzTV-1 proqramının keyfiyyətli yayımı təmin edilmişdir. Eyni zamanda, Gürcüstanın azərbaycanlılar yaşayan ərazilərində Bolnisi rayonu Darvaz yaşayış məntəqəsində 10 Vt-lıq və Dmanisi rayonu Dağ-Arxlı yaşayış məntəqəsində 10 Vt-lıq desimetrlik vericilər qurulub istismara verilmişdir.

Azərbaycan Respublikasında Rəqəmsal televiziya yayımına keçidlə əlaqədar ilk dəfə 2004-cü ildə Bakı Teleqüllə Kompleksində test işlərinə başlanılıb və MPEG-2 standartında 4 TV proqramının yayımı test edilmişdir.

2005-ci ildə Bakı Teleqüllə Kompleksinin İntelsat 904, 600 yerüstü peyk stansiya üzərindən yeni modem avadanlığı qurulmaqla, Statoil şirkəti üçün Bakı-Norveç istiqamətində 384 kbit/s tutumlu və Hermes şirkəti üçün BP (ofis)-Şahdəniz istiqamətində Express AM-22, 530 peyki üzərindən 1 mbit/s-lik tutumlu peyk rabitə kanalı təşkil olunmuş, yerüstü peyk stansiyası üzərindən həmçinin Bakı-Praqa arasında 1 mbit/s-lik peyk rabitə kanalı təşkil olunmuşdur.

2005-ci ildə Ağsu rayonunda, Bakı-Qazax yolunun 143-cü km-liyində Gülüstan radio-televiziya yayım stansiyası tikilib istismara verilmişdir. Stansiya bir texniki bina, 92,5 m. hündürlüyündə metal qüllə və 13 nəfər işçi heyətlə fəaliyyətə başlamışdır.

2005-ci ildə İctimai radio-televiziya yayımına başlanılmışdır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 274 s saylı 13 sentyabr 2006-cı il tarixli sərəncamına əsasən, respublika ərazisində Rəqəmsal televiziya yayımı üçün DVB-T Avropa standartının tətbiqi məqsədəuyğun hesab edilmişdir.

2007-ci il ərzində Gürcüstan respublikasında Yor-Muğanlı (Saqareqo r-nu), Qaçağan (Marneuli r-nu) kəndlərində kiçik güclü stansiyalar qurulub istismara verilmişdir. Eyni zamanda, Gürcüstan respublikasının azərbaycanlılar yaşayan Saqareqo rayonunun Yormuğanlı kəndində və Marneuli rayonunun Qaçağan kəndində AzTV proqramının yayımı üçün 36-cı və 44-cü TVK-da  işləyən TV vericilər  və peyk qəbulu stansiyaları quraşdırılmaqla dövlət televiziya proqramının keyfiyyətli yayımı təmin olunmuşdur. Sonrakı illərdə daha bir neçə kənddə müxtəlif güclü TV vericilər quraşdırılıb istismara verilmişdir.

2007-ci ildə Milli Televiziya və Radio Şurasının qərarına əsasən respublikanın şimal bölgəsində yaradılan Region TV-nin yayımı üçün Xaçmaz-Quba arası Alcoma tipli RRX quraşdırılmış və Quba stansiyasında 1 kVt-lıq “Elettronika” markalı verici qurulub istismara verilmişdir.

2008-ci ildə Yevlax TV-nin Gəncə RTYS-ə köçürülməsi üçün Gəncə şəhəri Telekommunikasiya İdarəsi ilə birgə TV siqnalın Bakı Teleqüllə Kompleksinə çatdırılması üçün yeni Rəqəmsal RRX avadanlığı qurulmuş və 59-cu TVK-da 5 kVt-lıq “Elektronika” markalı TV verici istismara başlamışdır.

Bakı şəhərində olan 180 m.-lik metal qüllənin sökülməsi işi 2008-ci ilin I rübü ərzində davam etdirilmiş və II rübün əvvəllərində (mayın 8-də) qüllənin demontaj işi tam başa çatdırılmışdır.

2008-ci ildən AzTV proqramının Türksat peykindən yayımına BİSS-1 kodlama sisteminin tətbiqinə başlanılmışdır.

24.01.2008-ci il tarixdə Bakı şəhərində “Türkiyə Respublikası Baş Nazirinin Aparatının Türk Əməkdaşlıq və İnkişaf Agentliyi ilə Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası arasında televiziya yayımı sahəsində əməkdaşlığa dair” Protokol imzalanmışdır. Protokola əsasən, Azərbaycan Respublikasının Bakı, Lerik, Gəncə, Zaqatala, Ağsu, Ağstafa və Quba rayonlarında quraşdırılmaq məqsədilə, TRT televiziya proqramının analoq yayımı üçün 7 ədəd 5 kVt gücündə TV verici, anten-fider sistemləri və digər lazımi avadanlıqlar ilə birlikdə Türkiyə Respublikasının mülkiyyətində qalmaq və Azərbaycan tərəfindən istismar olunmaq şərtilə işlək vəziyyətdə quraşdırılıb Azərbaycan tərəfinə təhvil verilmiş və TRT proqramının analoq yayımı Teleradio İB tərəfindən təmin olunmuşdur.

2008-ci ildə Bakı şəhərində MPEG-4 standartlı TV yayımın test işlərinə başlanılmışdır.

2009-cu ildən etibarən, Bakı şəhəri və ətraf ərazilərdə MPEG-4 standartında 12 TV proqramın yayımının həyata keçirilməsinə başlanılmış və əhalinin 35 %-i Rəqəmsal TV-ni qəbul etmək imkanına malik olmuşdur.

2009-cu il fevralın 1-də İdman Azərbaycan proqramı fəaliyyətə başlamışdır. Cənab Prezident İlham Əliyevin şəxsi təşəbbüsü ilə yaradılan proqram AzTV QSC-nin nəzdində yaradılmışdır. Həmin ilin 20 iyun tarixində cənab Prezident İlham Əliyevin iştirakı ilə “Teleqüllə” restoranının rəsmi açılışı olmuşdur.

2010-cu ildə ölkə ərazisində Rəqəmsal TV yayım şəbəkəsi genişləndirilərək, Bakı şəhəri ilə yanaşı, Gəncə, Şirvan və respublikanın cənub bölgəsini əhatə etmiş və ölkə əhalisinin 55 %-i Rəqəmsal TV yayımı ilə əhatə olunmuşdur.

2010-cu ildən başlayaraq, analoq RRX şəbəkəsinin Rəqəmsalyə rekonstruksiyası aparılır. Bu günədək, 969,7 km uzunluğunda RRX Rəqəmsalyə rekonstruksiya olunub. Növbəti illərdə bütün şəbəkənin Rəqəmsalyə rekonstruksiya edilməsi nəzərdə tutulur.

Nazirlər Kabinetinin 26 saylı 10 fevral 2011-ci il tarixli qərarı ilə “Azərbaycan Respublikası ərazisində DVB-T Rəqəmsal televiziya yayımı sisteminin tətbiqi və inkişafı Proqramı” təsdiq olunmuşdur. Həmin ildə qarşıya qoyulan əsas məsələ ilin sonuna kimi  ölkə əhalisinin 85 %-nin açıq yayımlanan paketlə təmin edilməsi idi ki, bu məqsədlə, respublikanın əlavə olaraq 28 RTYS-də müxtəlif güclü TV vericilər quraşdırılmışdır.

2011-ci ildə Ekspress-530 peyki üzərindən 512 kbit/s tutumlu “Total və GEO” data kanalı istifadəyə verilmişdir.

2011-ci il fevralın 14-də Mədəniyyət TV proqramı fəaliyyətə başlamışdır.

2011-ci ildə Quba RTYS yenidən qurulub istismara verilmişdir.

2012-ci ildə “Eurovision-2012” mahnı müsabiqəsinin Bakı şəhərində keçirilməsi ilə əlaqədar olaraq, Bakı Teleqüllə kompleksində  3,8 m.-lik Vertex antenalı Ku-band Up-link stansiya, SD və  HD yayım üçün modulyator-Up-konvertor quraşdırılmışdır. Konsert kompleksində 3,7m.-lik, H və V polyarizasiyalı Prodolin qəbul antenası quraşdırılmışdır. Həmçinin, “İctimai” televiziya, Gəncə və Bakı Teleqüllə Kompleksi və İctimai TV-də “Netinsight” şirkətinin istehsalı olan 3 dəst “Nimbra” avadanlığı quraşdırılmış, proqramların ötürülməsi üçün fiber-optik kabel bağlantısı (Bakı Teleqüllə Kompleksi, ATS-38, Aztelekom İB, İTV), (ATS-58, GRTYF) təmin edilmişdir. Həmçinin, 3 dəst “Ewertz”  avadanlığı Konsert kompleksi, Bakı Teleqüllə Kompleksi və İTV-də quraşdırılaraq istifadəyə verilmişdir. Bundan əlavə, Bakı Teleqüllə Kompleksi və Gəncə Up-link stansiyaları üçün 2 dəst HD enkoder (1+1), DVB-S/S2 İRD qəbuledici, həmçinin, HD TV verici üçün HD enkoder (1+1) avadanlıqları quraşdırılaraq istifadəyə verilmişdir. Eyni zamanda, “Eurovision-2012” mahnı müsabiqəsinin çəkilişinin HD formatlı canlı yayımının təmin edilməsi məqsədilə Almaniyanın “Rohde & Schwarz” şirkətinin istehsalı olan, 2,6 kVt-lıq gücə malik, DVB-T standartlı, HD yayım formatlı verici 48-ci TVK-da Bakı Teleqüllə kompleksində quraşdırılaraq istismara verilmişdir. Bundan başqa, Bakı şəhərində 105 MHs tezliyində işləyən FM verici yeni HD yayım formatlı FM verici ilə əvəz edilmişdir. Həmin verici vasitəsilə “Azərbaycan” radiosunun analoq və HD formatlı, həmçinin “İctimai” radionun HD formatlı yayımı təmin olunmuşdur. Elə həmin il 17 yaşlı qadınlar arasında futbol üzrə Dünya çempionatının final mərhələsinin Rusiyanın “Panorama” şirkəti tərəfindən həyata keçirilmiş TV yayımının təşkilinə nəzarət təmin olunmuş, 48-ci TVK-da HD yayım həyata keçirilmişdir.

Dövlət müəssisələri arasında ilk dəfə 2012-ci ildə Teleradio İB-də İPTV baş stansiyası qurulmuş və TV kontentin provayderlərə ötürülməsinə başlanılmışdır. Amerikanın “Harmonic” şirkətinin istehsalı olan avadanlıqlarla təchiz edilmiş baş stansiyada proqramların istənilən dövlət müəssisəsinə, internet provayderə və mobil operatora ötürülməsi üçün hər cür texniki imkan mövcuddur. İPTV baş stansiyasının yerləşdiyi Bakı Teleqüllə Kompleksindən müvafiq provayderlərə ötürülən İPTV kontent 50 mindən çox abunəçiyə çatdırılır. Hazırda, baş stansiyada peykdən qəbul edilən MPEG-2 formatlı proqramlar İPTV platformasına daxil edilir, yerli və xarici olmaqla, 180-dən çox müxtəlif formatlı (MPEG-4 Layer II, AC-3, Dolby Digital) proqramlar fiber-optik xətt vasitəsilə müvafiq ünvanlara ötürülür.

Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası ərazisindən istənilən canlı tədbirlərin “Azerspace” və s. peyklərə birbaşa ötürülməsinin təşkili məqsədilə, Teleradio İB-nin daxili imkanları hesabına 2012-ci ildə mobil UP-Link stansiya qurulmuşdur. Hazırda, stansiya vasitəsilə proqramlar SD və HD formatda peykə qaldırıla bilir.

2013-cü ildə Azərkosmos ASC-nin sifarişi əsasında Bakı Teleqüllə Kompleksi ərazisində yeni yerüstü peyk stansiyası quraşdırılaraq, 11095 MHs və 11135 MHs tezlik zolaqlarında 2 müxtəlif paketlə 30 TV və 1 radio (ANS ÇM) proqramlarının “Azerspace-1” peyki üzərindən yayımı təşkil olunmuşdur. Daha sonra, bütün digər yerli TV və radio proqramlarının Azerspace-1a peykindən yayımı təmin olunmuşdur. Həmin ildə Teleradio İB-nin bütün stansiyalarında (200-dən artıq) Türksat 3A peykindən Azerspace-1 peykinə keçid təmin olunmuşdur. “Şam” MMC-nin sifarişi ilə MMDS sistemli kabel TV proqramlarının,  “ATVplus” şirkətinin sifarişi ilə yerüstü Rəqəmsal TV proqramlarının (6 ədəd 2,4 kVt-lıq verici quraşdırılaraq 6 paketdən ibarət xarici proqramların) Bakı-Abşeron ərazisində yayımı 2013-cü ildə təşkil olunmuşdur.

2013-cü ildə Fövqəladə Hallar Nazirliyinin (FHN) tövsiyəsi ilə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Azərbaycan İnşaat və Memarlıq İnstitutuna (AzİMETİ) müraciət olunmuş və BTK-nin yükdaşıyan konstuksiyalarının mühəndis müayinəsi, qurğunun texniki vəziyyətinin qiymətləndirilməsi, tövsiyə və təkliflərin işlənilməsi üzrə texniki hesabat təqdim edilmişdir. Buna uyğun olaraq, “Teleradio” İB tərəfindən bir sıra işlər görülmüşdür (əlavə yüklər kənarlaşdırılmış, qüllənin 110 m.-lik metal konstruksiyası rənglənmiş, UHF antenlər yenisi ilə əvəz edilmiş, I-II diapazon VHF antenlər demontaj olunmuş və s.).

2013-cü ildə Şabran rayonunda Dağbilici RTYS tikilib istismara verilmişdir.

“BakuTel – 2014” sərgisində  Teleradio İB-nin stendində OTT xidmətinin Çinin “Sumavision International Group Co.Ltd” şirkətinin avadanlıqları əsasında nümayişi olmuşdur. OTT texnologiyası İPTV-nin bir hissəsi olaraq, internet üzərindən video xidmətlərin göstərilməsi metodudur. OTT termini, ənənəvi İPTV xidmətindən fərqli olaraq, əksər hallarda, operatorla birbaşa əlaqə olmadan, verilənlərin ötürülməsi şəbəkəsi üzərindən videosiqnalın kontent provayderdən istifadəçi qurğusuna (qəbuledici qurğu, kompüter, mobil telefon) çatdırılması deməkdir.

Tarixdə ilk Avropa Oyunlarının keçirilməsi barədə qərar 8 dekabr 2012-ci il tarixində, Romada baş tutmuş Avropa Olimpiya Komitəsinin 41-ci Baş Assambleyasında qəbul edilib. Tədbir İtaliya Milli Olimpiya Komitəsinin (C.O.N.I.) qərargahında, “Foro italiko” stadionunda keçirilib. Baş Assambleya iştirakçıları arasında keçirilmiş gizli səsvermə nəticəsində 48 səsdən 38 səs ilə (əleyhinə 8 səs, bitərəf 2 səs) ilk Avropa Oyunlarının Bakıda keçirilməsi barədə qərar qəbul edilib. Buna uyğun olaraq 2015-ci ildə Bakı şəhərində keçirilmiş ilk Avropa Oyunları zamanı “İdman Azərbaycan” və “Mədəniyyət TV” proqramlarının yayımı saat 9.00-dan başlayaraq Teleradio İB tərəfindən təmin edilmişdir. Eyni zamanda, Avropa Oyunları çərçivəsində Mingəçevir avarçəkmə bazasından səyyar “Up-link” stansiyası vasitəsilə yarışların “Azərspace-1” telekommunikasiya peyki üzərindən canlı yayımı Teleradio İB tərəfindən təmin edilmişdir.

25 noyabr 2015-ci il tarixində Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti, Fövqəladə Hallar Nazirliyi və Daxili İşlər Nazirliyi tərəfindən Teleradio İstehsalat Birliyinin Bakı Teleqüllə Kompleksinin texniki möhkəmliyi, mühafizəsinin etibarlılığı və yanğın təhlükəsizliyi ilə bağlı keçirilmiş kompleks müayinənin nəticəsi barədə tərtib edilmiş birgə Akt, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 23.06.2016-cı il tarixli, 3-10/8158 saylı göstərişi və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 3-10/8551 saylı, 11.07.2016-cı il tarixli göstərişi əsasında, Bakı şəhəri Ceyhun Hacıbəyli küçəsi 30 ünvanında yerləşən 1 nömrəli radiostansiyada mövcud 125,9 m.-lik metal qüllədən və 16,8×27,4×3,53m ölçülü texniki binadan (460,3 m2) istifadə edilməklə Alternativ RTYS təşkil olunmasına başlanılmış və 2017-ci ildə işlər başa çatdırılmaqla, Alternativ RTYS istismara verilmişdir. RTYS-in yaradılmasında məqsəd, fors-major hallarında və Bakı Teleqüllə Kompleksində tələb olunan profilaktika işləri zamanı Bakı şəhəri və Abşeron yarımadası ərazisind fasiləsiz radio-televiziya yayımının və dayanıqlı mobil rabitənin təmini Alternativ RTYS üzərindən həyata keçirilməsindən ibarətdir. Alternativ RTYS-də quraşdırılmış 2 ədəd Rəqəmsal verici Bakı Teleqüllə Kompleksində istismar olunan TV vericilərin alternativliyini təmin etməklə, Bakı şəhəri və Abşeron yarımadasını dövlət, ictimai və özəl TV proqramlarının yayımını həyata keçirir. Eyni zamanda, Alternativ RTYS-də yeni quraşdırılmış 2 ədəd FM verici “Respublika” və “İctimai” radioproqramlarının alternativ yayımını təmin edir. Həmçinin, Alternativ RTYS-in qülləsində mobil operatorlara məxsus avadanlıqlar vasitəsilə mobil rabitə təmin olunur.

2016-cı ildə “Azərkosmos” ASC-nin sifarişi ilə Gürcüstanın dövlət və özəl televiziya və radio proqramlarının “Azerspace-1” peykinə ötürülməsi məqsədilə Ku-band Uplink peyk stansiyası avadanlıqlarının (COL 5141S 4ch SDİ MPEG 2/H 264 Encoder, COL 5502N DVB-S2 Modulator, NDS 3248 8in1 Transcoder, NDS 3107A Multiplexer, General Dynamics Satcom Technologies-K38PSTRLN UP-Link antenn 3.8m, Elsat 125SEKu, Elsat 125SEKu, Ku-Band 1+1 TXO Protection Switch, Termination WR75, 450W, Ku-Band, UPS 10kVA Makelsan) Gürcüstan Respublikasına göndərilməsi və Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin Teleradio mərkəzinin ərazisində quraşdırılması təmin olunmuşdur. Nəticədə, Tbilisi şəhərində Teleradio İB tərəfindən quraşdırılmış yerüstü peyk stansiyasından Gürcüstanın 12 TV və 6 radio proqramının yayımı təmin olunmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 20 sentyabr 2016-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 5.1.7-ci bəndinə uyğun olaraq, Bakı və Abşeron yarımadasında yerüstü yayımlanan ümumölkə TV proqramlarının analoq yayımının 01 noyabr 2016-cı il tarixindən, respublikanın digər bölgələrində yayımlanan TV proqramlarının yerüstü analoq yayımının 01 dekabr 2016-cı il tarixdən etibarən dayandırılması barədə Milli Televiziya və Radio Şurası tərəfindən verilmiş 27 sentyabr 2016-cı il tarixli, 10 saylı qərara uyğun olaraq, ölkə ərazisində analoq TV yayımlar 20 dekabr 2016-cı il tarixində dayandırılmış və rəqəmsal TV yayımına keçid tam başa çatdırılmışdır.

Rəqəmsal yayıma keçidin əsas üstünlükləri qismində televiziya proqramlarının yüksək keyfiyyətlə qəbul edilməsi, strateji əhəmiyyət kəsb edən tezlik resurslarından səmərəli istifadə edilməsi, elektrik enerjisinə qənaət və yerüstü efir vasitəsilə çoxsaylı televiziya proqramlarının qəbuluna imkanın yaranması kimi məsələləri qeyd etmək olar.

İlk rəqəmsal TV multipleks Bakı Teleqüllə Kompleksindən 37-ci TV kanaldan 10.12.2010-cu il tarixdə yayıma başlayıb. Ötən illərdə multipleksorların sayı artırılmış və 05.04.2021-ci il tarixində onların sayı 20-yə çatdırılmışdır. Bu göstəriciyə nail olmaq üçün “Teleradio” İB-nin yüksək ixtisaslı kadrlarının bilik və bacarıqlarından, o cümlədən, müasir yayım avadanlıqlarının imkanlarından istifadə olunmuşdur.  Bir Teleqülləyə bu qədər yayım avadanlığının yerləşdirilməsi müasir avadanlıqların kompakt və çoxfunksiyalı olması hesabına başa gəlmişdir. Dünyanın heç bir Teleqülləsində (və ya yayım stansiyasında) bu qədər multipleksorun yayımı həyata keçirilmir.

Ötən dövr ərzində respublika ərazisində FM radio yayım şəbəkəsinin qurulması nəticəsində, ümumrespublika FM radio proqramları ölkənin əksər ərazilərində yayımlanır və tələbata uyğun radio proqramlarının əhatə dairəsi mütəmadi genişləndirilir.

Ümumrespublika radio və televiziya proqramları Bakı Teleqüllə Kompleksinin peyk stansiyalar kompleksindən “Azerspace-1” peykinə qaldırılır.

2019-cu il ərzində Fatmayı – Sumqayıt – Xızı – Dağbilici (Şabran) – Yergüc – Quba istiqamətində 185 km uzunluğunda radio-rele xəttinin Rəqəmsalyə rekonstruksiyası başa çatdırılıb və istismara verilib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin 2019-cu il 18 fevral tarixli, 023 nömrəli əmri ilə “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən 2019-cu il üzrə yerinə yetiriləcək işlərə dair Tədbirlər Planının icrasına uyğun olaraq, “Teleradio” İstehsalat Birliyi tərəfindən Bakı Teleqüllə Kompleksində İtaliyanın İTEL şirkətinin baş stansiya avadanlıqları və İtaliyanın SYES şirkətinin istehsalı olan 1 kVt-lıq Rəqəmsal radio verici və 1×6 konfiqurasiyalı anten sistemi quraşdırılmaqla, 26.08.2019-cu il tarixindən etibarən, Bakı şəhəri və Abşeron yarımadası ərazisində 218,6 MHs (11B) tezliyində bir paketdə 12 radio proqramın Avropanın “DAB+” (Digital Audio Broadcasting) standartı ilə Rəqəmsal test yayımına başlanılıb.

Rəqəmsal radionun (DAB+) əsas xarakteristikaları:

 

-Əsas standart: Eureka 147/DAB.

-Yayım sürəti (1 kanal üçün) – 64-128 kbit/s.

-Yayım üçün tezlik zolaqları:

-VHF III 174 – 230 MHs

-VHF 11B

-Minimum siqnal küy nisbəti: S/K-10 dB

Rəqəmsal radionun (DAB+) üstünlükləri:

-Radiotezlik spektrindən daha səmərəli istifadə;

-Radio siqnalın daha inamlı qəbulu;

-Bir tezlik zolağında video, qrafik və tekst kimi informasiyaların ötürülə bilmə      imkanı;

-Qəbuledicinin yerləşdiyi hərəkət edən obyektin (avtomobil, qatar və s.) sürətindən asılı olmayaraq (dopler effektinin olmaması), radio siqnalın əhatə dairəsinin istənilən nöqtəsində inamlı qəbul imkanı (interferensiya hallarının olmaması) və s.

Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) qərar və tövsiyələrinə uyğun olaraq, Azərbaycan Respublikasının aidiyyəti dövlət qurumlarının göstəriş və rəyləri əsasında Azərbaycan Respublikası ərazisində efir məkanının təhlükəsizliyinin təmin olunması üçün Teleradio İB tərəfindən mütəmadi tədbirlər görülür.

Ərazilər işğaldan azad olunduqdan sonar Şuşa, Mincivan, Xanlıq, Balasoltanlı, Şahyeri və Laçın stansiyalarından yayımlar bərpa edilmiş, eləcə də, Kəlbəcər rayon mərkəzində lokal yayımlar təmin edilmişdir.