“Teleradio” İstehsalat Birliyində Zəfər Günü qeyd edilib

“Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyində (Teleradio İB) 8 Noyabr – Zəfər Günü münasibətilə tədbir keçirilib.

Tədbir çərçivəsində “Teleradio” İB-nin inzibati binasında yaradılmış şəhidlərin xatirə guşəsinin qarşısına əklil qoyulub və Zəfər Günü ilə bağlı çıxışlar dinlənilib.

Çıxışlar zamanı 44 günlük Vətən müharibəsində əldə olunan uğurlar qürur hissi ilə anılıb. Bildirilib ki, həm müharibədə, həm də diplomatiyada Azərbaycan qalib gəlib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasəti, ordumuzun şücaəti və şəhidlərimizin qəhrəmanlığı sayəsində bu gün üçrəngli bayrağımızın Azərbaycanın bütün ərazisində dalğalandığı vurğulanıb.

Tədbirin sonunda Zəfər Gününə həsr olunmuş guşədə kollektiv fotoşəkil çəkilib.

07.11.2023