“Teleradio” İB-də “Uşaq hüquqları aylığı” ilə bağlı tədbir keçirilib

“Teleradio” İB tərəfindən “Uşaq hüquqları aylığı” çərçivəsində tədbir təşkil olunub. Tədbirdə “Teleradio” İB-nin Həmkarlar İttifaqı Komitəsinin sədri Nəzakət Mahmudova bu ayın mahiyyəti ilə bağlı maarifləndirici çıxış edib.

O bildirib ki, 1989-cu ilin 20 noyabr tarixində Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən “Uşaq hüquqları haqqında” Konvensiya qəbul edilib. Bu Konvensiya hər bir dövlət tərəfindən uşaqlar üçün təmin edilməli olan tələbləri özündə birləşdirir.

Vurğulanıb ki, Azərbaycan Respublikası 1992-ci ildə BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasına qoşulub. 1998-ci ilin 19 may tarixində isə “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Bunun sayəsində Azərbaycanda uşaq hüquqlarının qorunması üçün mümkün tədbirlərin həyata keçirilməsinə imkan yaranıb.

Çıxış zamanı mövzu ilə əlaqədar bir sıra məsələlərə, o cümlədən uşaqların milli-mədəni dəyərlərə bağlı şəkildə və vətənpərvərlik ruhunda tərbiyə olunmasının vacibliyinə toxunulub. Qeyd edilib ki, uşaqların layiqli vətəndaş kimi yetişməsi üçün hər kəs məsuliyyət daşıyır.

04.11.2023