“Teleradio” İB-nin bir qrup əməkdaşı təltif edilib

6 dekabr – Rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı münasibətilə “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyinin (“Teleradio” İB) on doqquz əməkdaşı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Fəxri Fərmanı ilə təltif edilib, iki əməkdaşı isə “Rabitə ustası” fəxri adına layiq görülüb.

Peşə bayramı günü ilə əlaqədar “Teleradio” İB-də keçirilən tədbir zamanı Azərbaycanda rabitə sahəsinin yaranması, keçdiyi inkişaf yolu və perspektivlərindən danışılıb.

Sonda əməkdaşların mükafatlandırılması mərasimi keçirilib.

06.12.2023