Full HD yayım

2012-ci ildə “Eurovision-2012” mahnı müsabiqəsinin Bakı şəhərində keçirilməsi ilə əlaqədar olaraq, Bakı Teleqüllə kompleksində  3,8 m.-lik Vertex antenalı Ku-band Up-link stansiya, SD və  HD yayım üçün modulyator-Up-konvertor quraşdırılmışdır. Konsert kompleksində 3,7m.-lik, H və V polyarizasiyalı Prodolin qəbul antenası quraşdırılmışdır. Həmçinin, “İctimai” televiziya, Gəncə və Bakı Teleqüllə Kompleksi və İctimai TV-də “Netinsight” şirkətinin istehsalı olan 3 dəst “Nimbra” avadanlığı quraşdırılmış, proqramların ötürülməsi üçün fiber-optik kabel bağlantısı (Bakı Teleqüllə Kompleksi, ATS-38, Aztelekom İB, İTV), (ATS-58, GRTYF) təmin edilmişdir. Həmçinin, 3 dəst “Ewertz”  avadanlığı Konsert kompleksi, Bakı Teleqüllə Kompleksi və İTV-də quraşdırılaraq istifadəyə verilmişdir. Bundan əlavə, Bakı Teleqüllə Kompleksi və Gəncə Up-link stansiyaları üçün 2 dəst HD enkoder (1+1), DVB-S/S2 İRD qəbuledici, həmçinin, HD TV verici üçün HD enkoder (1+1) avadanlıqları quraşdırılaraq istifadəyə verilmişdir. Eyni zamanda, “Eurovision-2012” mahnı müsabiqəsinin çəkilişinin HD formatlı canlı yayımının təmin edilməsi məqsədilə Almaniyanın “Rohde & Schwarz” şirkətinin istehsalı olan, 2,6 kVt-lıq gücə malik, DVB-T standartlı, HD yayım formatlı verici 48-ci TVK-da Bakı Teleqüllə kompleksində quraşdırılaraq istismara verilmişdir. Bundan başqa, Bakı şəhərində 105 MHs tezliyində işləyən FM verici yeni HD yayım formatlı FM verici ilə əvəz edilmişdir. Həmin verici vasitəsilə “Azərbaycan” radiosunun analoq və HD formatlı, həmçinin “İctimai” radionun HD formatlı yayımı təmin olunmuşdur. Elə həmin il 17 yaşlı qadınlar arasında futbol üzrə Dünya çempionatının final mərhələsinin Rusiyanın “Panorama” şirkəti tərəfindən həyata keçirilmiş TV yayımının təşkilinə nəzarət təmin olunmuş, 48-ci TVK-da HD yayım həyata keçirilmişdir.

Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası ərazisindən istənilən canlı tədbirlərin “Azerspace” və s. peyklərə birbaşa ötürülməsinin təşkili məqsədilə, Teleradio İB-nin daxili imkanları hesabına 2012-ci ildə mobil UP-Link stansiya qurulmuşdur. Hazırda, stansiya vasitəsilə proqramlar SD və HD formatda peykə qaldırıla bilir.

Cari mərhələdə (CM) Bakı şəhəri və Abşeron yarımadası ərazisində sosial paketdə yayımlanan digər TV (Lider TV, Space TV, ARB, TRT-1) proqramların da HD yayıma keçirilməsi nəzərdə tutulur

Buna qədər isə aşağıdakı TV proqramlar HD yayıma keçirilib:

-2016-cı ildən İdman Azərbaycan TV və CBC Sport TV proqramlarının HD formatlı yayımına başlanılmışdır;

-2017-ci ilin sentyabr ayından ATV, oktyabr ayından Xəzər TV və İctimai TV proqramlarının HD formatlı yayımı həyata keçirilməyə başlanılıb;

-2018-ci ilin fevral ayından başlayaraq, AzTV, Mədəniyyət TV proqramlarının  HD formatlı yayımı həyata keçirilir.

Növbəti mərhələdə sosial paketdə yayımlanan TV proqramların regionlarda da HD yayıma keçirilməsi nəzərdə tutulur

Yaxın zamanlarda isə İdman Azərbaycan TV proqramının “Azerspace-1” peyki üzərindən HD yayımına başlanılması nəzərdə tutulur.