Respublikanın regionlarında televiziya yayımının təşkili məqsədi ilə radio-rele xətlərinin tikintisinə başlanılmış və ilk dəfə 1980-cı ildə Bakı-Ağstafa radio-rele xətti istismara verilmişdir.
2003-cü ildə Aztelekom İstehsalat Birliyinə beynəlxalq kanalları ötürən radio-rele xətti (RRX) ilə fiber-optik xətt arasında keçid sistemi yaradılmışdır.
2019-cu il ərzində Fatmayı – Sumqayıt – Xızı – Dağbilici (Şabran) – Yergüc – Quba istiqamətində 185 km uzunluğunda radio-rele xəttinin rəqəmliyə rekonstruksiyası başa çatdırılıb və istismara verilib.
Bu günədək aparılmış rekonstruksiya işləri (istiqamətlər üzrə):
-2010-2011-ci illərdə Bakı-Ələt-Şirvan-Biləsuvar-Cəlilabad-Lerik (284,2 km);
-2011-2012-ci illərdə Bakı-Ələt-Şirvan-Sabirabad-Kürdəmir-Ağsu (212,1 km);
-2013-cü ildə Kürdəmir-Göyçay-Mingəçevir-Gəncə-Şəmkir-Poylu (262,8 km);
-2017-ci ildə Bakı-Fatmayı (20,19 km);
-Bakı Teleqüllə Kompleksi – Alternativ RTYS (5,4 km);
-2019 Bakı-Fatmayı-Sumqayıt-Xızı-Dağbilici-Yergüc-Quba (185 km);
Qeyd olunan istiqamətlər üzrə cəmi uzunluq: 969,7 km;
Növbəti 5 ildə nəzərdə tutulan rekonstruksiya: 779 km.
Növbəti mərhələdə rekonstruksiya işlərinin Mingəçevir-Təpəcənnət-Şəki-Almalı-Zaqatala-Danaçı istiqamətində davam etdirilməsi nəzərdə tutulur