Veteran rabitəçiyə təşəkkürnamə təqdim olunub

Azərbaycanda telefon rabitəsinin yaradılmasının 140 illik yubileyi münasibətilə və sahənin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə veteran rabitəçi Gözəlov İsmət Abdulla oğluna Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşəkkürnaməsi təqdim olunub.

Görüş zamanı İsmət Gözəlovun əmək fəaliyyəti ilə bağlı xatirələrindən bəhs olunub və “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyindəki uzunmüddətli, səmərəli əmək fəaliyyətinə görə minnətdarlıq bildirilib.

Qeyd edirik ki, Gözəlov İsmət Abdulla oğlu 1953-cü ildə Bakı Radiorabitə Mərkəzinin 3 saylı Ötürücü Radio Mərkəzində mühəndis vəzifəsi ilə əmək fəaliyyətinə başlayıb və 2002-ci ilədək olan əmək fəaliyyəti dövründə müxtəlif vəzifələrdə işləyib.

Gözəlov İsmət Abdulla oğlu 1958-ci ildə SSRİ Rabitə Nazirliyinin “Fəxri radist”i adına layiq görülüb. Daha sonra, 1968-ci ildə SSRİ-nin “Əmək şöhrəti” medalı, 1969-cu ildə Ümumittifaq Xalq təsərrüfatı sərgisinin nailiyyətinə görə “Bürünc medal”, 1970-ci ildə SSRİ-nin “Əməkdə fərqləndiyinə görə” medalı və 2008-ci ildə “Şöhrət” ordeni ilə təltif olunub.

06.12.2021