“Teleradio” İstehsalat Birliyində Anım Günü qeyd olunub

“Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyində (“Teleradio” İB) Milli Qürur Günümüz olan 27 sentyabr – Azərbaycan Respublikasında Anım Günü ilə bağlı tədbir keçirilib.

Öncə “Teleradio” İB-də şəhidlərin xatirəsinin yad edilməsi məqsədi ilə yaradılmış guşənin qarşısına əklil qoyulub və vətən müharibəsi şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra “Teleradio” İB-də Anım Günü ilə əlaqədar tədbir keçirilib və tədbir iştirakçılarının Anım Günü ilə bağlı çıxışları dinlənilib.

Çıxışlarda Müzəffər Ali Baş Komandan İlham Əliyevin vətən müharibəsi dövründə sərgilədiyi siyasi liderlik və sərkərdəlik nümunəsindən, rəşadətli ordumuzun qəhrəmanlığından, Azərbaycan xalqının milli birliyindən və Ermənistanın yürütdüyü anti-Azərbaycan siyasətindən, ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi cinayətlərdən bəhs olunub.

Sonda tədbir iştirakçıları Vətən müharibəsinə həsr edilmiş qısa filmi izləyiblər.

Qeyd edirik ki, Vətən müharibəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin qurumlarının 210 əməkdaşı iştirak edib, onlardan 6-sı şəhidlik zirvəsinə ucalıb.

Vətən uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik.

27.09.2021