Azərbaycan Respublikası Prezidenti İlham Əliyev lisenziya tələb olunan fəaliyyət növləri ilə bağlı Fərman imzalayıb.
Lisenziya tələb olunan fəaliyyət növlərinin (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) siyahısı və həmin fəaliyyət növlərinə lisenziya verilməsinə görə ödənilən dövlət rüsumunun məbləği Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 dekabr tarixli Fərmanı ilə təsdiq edilib.
Lisenziya tələb olunan fəaliyyət növləri sırasında rabitə xidmətləri və teleradio yayımı fəaliyyəti də yer alır.
Rabitə xidmətlərinə daxil olan telefon (məftilli) üçün 2500 manat, radiotrank və simsiz telefon üçün 2500 manat, sellülar (mobil) rabitə xidmətləri (texnoloji standartın adı göstərilməklə) üçün 5500, İP-telefoniya (internet telefoniya) üçün 4000 manat, ölkədaxili telekommunikasiya kanallarının təşkili üçün 2500 manat, beynəlxalq telekommunikasiya kanallarının təşkili üçün 5500 manat, məlumatların ötürülməsi (data) üçün 3000 manat, sürətli poçt xidməti üçün 1250 manat məbləği lisenziya verilməsinə görə dövlət rüsumu olaraq müəyyən olunub.
Teleradio yayımı fəaliyyətinə daxil olan ümumrespublika televiziya yayımı üçün 5500 manat, Bakı şəhəri üzrə televiziya yayımı üçün 2250 manat, regional televiziya yayımı üçün 1500 manat, ümumrespublika radio yayımı üçün 2500 manat, Bakı şəhəri üzrə radio yayımı üçün 1250 manat, regional radio yayımı üçün 500 manat, əlavə informasiya yayımı üçün 500 manat, abonentlərinin sayı 5000-dək olan kabel şəbəkəsi yayımı üçün 1500 manat, abonentlərinin sayı 5000-dən yuxarı olan kabel şəbəkəsi yayımı üçün 2500 manat, peyk yayımı üçün 500 manat, xarici teleradio kanallarının peyk vasitəsilə teleradio yayımının kodlaşdırılmış qurğularla həyata keçirilməsini təmin edən fəaliyyət üçün 500 manat məbləği lisenziyaya görə dövlət rüsumu olaraq müəyyənləşib.
Mənbə: www.ictnews.az