Ən müasir radio-televiziya avadanlıqları ilə təchiz olunmaqla, respublikamızda radio-televiziya yayımının, kosmik, yerüstü radio rabitənin təşkilində önəmli funksiyanı yerinə yetirən Kompleks məhz Ulu Öndər Heydər Əliyevin iştirakı ilə 6 iyul 1996-cı ildə istifadəyə verildi. Teleqüllənin açılışı zamanında Azərbaycanda radio-televiziya yayımının inkişafı istiqamətində atılmış ən mühüm addımlardan biri oldu.
– Tikinti sahəsi daxil olmaqla, ərazisi 6 hektardır;
– İnşasında təxminən 15 podratçı şirkət, 250 nəfərə yaxın işçi heyət iştirak edib;
– Qüllənin vertikal tikilməsi üçün izotopla işləyən lazer qurğusundan istifadə olunub və onun vasitəsilə qüllənin vertikallığı təmin olunub;
– Bünövrəsi 30.75 metrdir;
– Hündürlüyü 310 m.-dir (200 m. dəmir-beton hissə, 110 m. metal hissə);
– Çəkisi 40.000 tondur;
– Dəniz səviyyəsindən hündürlüyü 136 m.-dir;
– Qüllənin estetik gözəlliyinin artırılması məqsədilə, layihədə aşağı tikilinin şimal fasadı tərəfdə dayaq sütunları nəzərdə tutulmayıb və 6 m.-lik asma beton hissəsi layihələndirilib;
– Metal hissə 10 m. betonun içərisində yerləşir;
– Metal hissədə 5 ədəd meydança var. Onlar metal hissədə texniki və təmir-bərpa işləri aparılan zaman metal hissənin oxu boyunca hərəkət edir;
– -23 m. səv.-də piyada tuneli yerləşir. Tunel hissəsinin diametri 6 m., uzunluğu 85,7 m.-dir. Tunel iki hissəyə bölünmüşdür. Birinci üst hissə piyadalar üçün ikinci alt hissə isə kommunikasiya kabelləri üçün nəzərdə tutulmuşdur.
06.07.2023