“Bakutel 2015” sərgisində “Teleradio” İB ən son yeniliklərini nümayiş etdirib

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Teleradio” İstehsalat Birliyi (İB)”Bakutel 2015″ sərgisində öz stendi ilə iştirak edib.

Qurum fəaliyyət istiqamətləri, həyata keçirdiyi işlər barədə sərgi iştirakçılarını məlumatlandırıb.

Bundan başqa, stenddə ölkə ərazisində həyata keçirilən rəqəmli  televiziya və radio yayımı  ilə bağlı xidmətlər nümayiş olunub.

Eyni zamanda, sərgi çərçivəsində gələcəkdə bütün respublika ərazisində çoxproqramlı kommersiya yayımının təşkil edilməsi üçün istehsalçı şirkətlərlə müzakirələr aparılıb.

IP TV xidmətinin genişləndirilməsi üçün dövlət və özəl operatorlara  bu xidmət barədə  müfəssəl məlumatlar verilib.

Qeyd edirik ki, “Teleradio” İB respublikada analoq və rəqəmli radio-televiziya yayımını, radio rabitəsini, peyk rabitəsini, radio-televiziya proqramlarının peykdən yayımını, İP TV və s. xidmətləri təmin edən dövlət müəssisəsidir.