Ümummilli lider Heydər Əliyevin 103-cü ildönümü ilə əlaqədar tədbir keçirilib

AZCON Holding şirkətlərindən olan “Radio-Televiziya Yayımı və Peyk Kommunikasiyası” Məhdud Məsuliyyətli Cəmiyyətinin (“Teleradio” MMC) kollektivi Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Fəxri xiyabanı ziyarət edərək Ulu Öndərin və onun ömür-gün yoldaşı, görkəmli alim və akademik Zərifə Əliyevanın məzarı üzərinə gül dəstələri qoyub.

Daha sonra “Teleradio” MMC-də tədbir keçirilib.

Çıxışlarda qeyd olunub ki, Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan strateji kurs nəticəsində ölkədə informasiya və kommunikasiya sahəsinin, o cümlədən televiziya və radio yayımının möhkəm təməli formalaşdırılıb, sonrakı dövrdə isə bu baza üzərində davamlı inkişaf təmin olunub.

Tədbir çərçivəsində Ulu Öndərin iştirakı ilə keçirilmiş Bakı Teleqüllə Kompleksinin 6 iyul 1996-cı il tarixli açılış mərasimindən olan video material nümayiş etdirilib.