“Teleradio” İstehsalat Birliyində Zəfər Günü qeyd olunub

“Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyində (Teleradio İB) 8 noyabr – Zəfər Günü qeyd edilib.

Əvvəlcə qurumun inzibati binasında yaradılmış şəhidlərin xatirə guşəsinin qarşısına əklil qoyulub. Daha sonra geniş tərkibdə tədbir keçirilib və Zəfər Günü ilə bağlı çıxışlar dinlənilib.

Çıxış edənlər Müzəffər Ali Baş Komandan İlham Əliyevin 44 günlük müharibə dövründə dünyanın siyası güclərinə qarşı sərgilədiyi dönməz mövqe, şücaətli ordumuzun qəhrəmanlığı və Azərbaycan xalqının milli birliyini xüsusi vurğulayıblar.

Tədbirin sonunda Zəfər Gününə həsr olunmuş sənədli film izlənilib.

05.11.2022