“Teleradio” İstehsalat Birliyində Yeni Azərbaycan Partiyasının 30 illiyinə həsr olunmuş tədbir keçirilib

“Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyində (Teleradio İB) Yeni Azərbaycan Partiyasının yaranmasının 30 illiyinə həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə Ulu öndər Heydər Əliyevin büstü qarşısına əklil qoyulub. Daha sonra tədbir iclas zalında davam etdirilib. İlk olaraq torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və dövlət himni səsləndirilib.

Daha sonra iclas iştirakçıları Ulu öndər Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının partiyanın 30 illik fəaliyyət dövründə əldə etdiyi nailiyyətlərdən söz açıblar.

Sonda Yeni Azərbaycan Partiyasının yaranması və inkişaf tarixindən bəhs edən videoçarx nümayiş olunub.

22.11.2022