“Teleradio” İstehsalat Birliyində Anım Günü ilə bağlı tədbir keçirilib

“Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyində (Teleradio İB) 27 Sentyabr – Anım Günü qeyd edilib.

Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Anım Günü ilə əlaqədar çıxışlar dinlənilib.

Çıxış edənlər Vətən müharibəsində xalqımızın bir yumruqtək birləşməsindən, Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsindən və ordumuzun şücaətindən danışıb.

Sonda Vətən müharibəsinə həsr edilmiş film nümayiş edilib.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi qurumlarının Vətən müharibəsində iştirak edən 210 əməkdaşından 6-sı şəhidlik zirvəsinə ucalıb. Vətən müharibəsində “Teleradio” İB-nin 9 əməkdaşı iştirak edib.

Vətən uğrunda canından keçən şəhidlərimizi dərin ehtiramla yad edirik.

27.09.2023