“Teleradio” İstehsalat Birliyində Anım Günü qeyd olunub

“Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyində (Teleradio İB) 27 sentyabr – Anım Günü ilə bağlı tədbir keçirilib.

İlk olaraq şəhidlərin xatirəsinin yad edilməsi məqsədilə “Teleradio” İB-də yaradılmış guşənin qarşısına əklil qoyulub və Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Anım Günü ilə əlaqədar “Teleradio” İB-də tədbir keçirilib və Anım Günü ilə bağlı çıxışlar dinlənilib.

Çıxışlarda Müzəffər Ali Baş Komandan İlham Əliyevin Vətən müharibəsi dövründə sərgilədiyi siyasi liderlik və sərkərdəlik nümunəsindən, rəşadətli ordumuzun qəhrəmanlığından, Azərbaycan xalqının milli birliyindən və Ermənistanın yürütdüyü anti-Azərbaycan siyasətindən, ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi cinayətlərdən bəhs olunub.

Tədbirin sonunda Vətən müharibəsinə həsr edilmiş qısa film nümayiş etdirilib.

Qeyd edək ki, Vətən müharibəsində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin qurumlarının 210 əməkdaşı iştirak edib, onlardan 6-sı şəhidlik zirvəsinə ucalıb.

“Teleradio” İB-nin 9 əməkdaşı Vətən müharibəsində iştirak edib.

Vətən uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik.

27.09.2022