
“Teleradio” İB-nin mütəxəssisləri tərəfindən Sabirabad radio-rele stansiyasının (RRS) texniki binasının xarici və daxili hissəsi əsaslı təmir olunmuşdur. Xüsusən buraya, ümumilikdə 40 m2 ərazisi olan nəzarət və texniki otaqlar da daxildir. Nəticədə, stansiyanın texniki binasının xarici və daxili görünüşü müasirləşmiş, işçi heyətin iş şəraiti yüksəldilmişdir. Qeyd edirik ki, ötən dövr ərzində “Teleradio” İB-nin mütəxəssisləri tərəfindən regionlarda 10-a yaxın stansiyasının əsaslı təmiri həyata keçirilmişdir.