“Teleradio” İB-nin işçisi Prezident tərəfindən mükafatlandırılıb

Torpaqlarımızın işğaldan azad olunması uğrunda 44 gün davam edən Vətən Müharibəsi qələbə ilə başa çatdı. Silahlı Qüvvələrin Ali Baş Komandanı, prezident İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu respublikamızın ərazi bütövlüyünü bərpa etdi. Tarixi torpaqlarımızın düşmən tapdağından azad ediləməsində “Teleradio” İB-nin əməkdaşı Ağamirzə Kazımov  da iştirak edib.

Ağamirzə Hüseynbala oğlu Kazımov Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə “Ağdamın azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Qeyd edək ki, 21.08.1976-cı il təvəllüdlü Ağamirzə Kazımov 1997-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasınının “İstehsalat proseslərinin avtomatlaşdırılması” fakultəsini “İnformasiya işlənməsinin və idarəetmənin avtomatlaşdırılmış sistemləri” ixtisası üzrə bitirib. Əmək fəaliyyətinə 28.12.1998-ci il tarixdən Şirvan Radio-Televiziya Yayım Stansiyasında başlayıb və hazırda da həmin stansiyada işləyir.

Ailəlidir. 2 övladı var.