“Teleradio” İB-nin əməkdaşları üçün onlayn təlim keçirilib

“Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyinin əməkdaşları üçün “Korrupsiyaya qarşı mübarizə və etik davranış qaydaları” mövzusunda onlayn təlim keçirilib.

Açıq Hökumət Platforması ilə əməkdaşlıq çərçivəsində ABŞ Beynəlxalq İnkişaf Agentliyininin (USAİD) maliyyələşdirdiyi Şəffaflıq Naminə Vətəndaş Cəmiyyəti Layihəsi (ECSOFT) çərçivəsində reallaşdırılan təlim Açıq Hökumət Platformasının koordinatoru Əliməmməd Nuriyev və Prioritet Sosial İqtisadi Araşdırmalar Mərkəzi ictimai birliyinin sədri Zaur İbrahimli tərəfindən keçirilib.

Qeyd edirik ki, interaktiv mühitdə keçən sözügedən təlimdə korrupsiyaya qarşı mübarizə, bu sahədə ölkə qanunvericiliyinin tələbləri, etik dilemmalar, düzgün davranış, iş fəaliyyətində əməl edilməli olan əsas etik prinsip və davranış qaydalarına əməl olunmasına ilə bağlı məsələlər haqqında ətraflı məlumat verilib.

Tədbirin sonunda iştirakçılar üçün təlimin nəticələrinin qiymətləndirilməsi təşkil olunub və onlayn sertifikatlar təqdim edilib.

21.01.2022