“Teleradio” İB-nin əməkdaşına təşəkkürnamə təqdim edilib

“Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyinin (Teleradio İB) əməkdaşı Razim Həmzəyev səmərəli fəaliyyətinə, vəzifə funksiyalarını keyfiyyətlə yerinə yetirdiyinə və təşəbbüskarlığı ilə fərqləndiyinə görə təşəkkürnamə ilə təltif olunub.

Təşəkkürnaməni “Teleradio” İB-nin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri Nəzakət Mahmudova təqdim edib.

Qeyd edək ki, Razim Həmzəyev 1997-ci ildən “Teleradio” İB-də çalışır.

20.06.2022