“Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyi 17-19 fevral tarixlərində respublika ərazisində hava şəraitinin kəskin dəyişəcəyi ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçib.
Zəruri tədbirlərin görülməsi ilə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tapşırığına uyğun olaraq, artıq, qurumda məsul növbətçilər təşkil edilib. Qeyd olunan tarixlərdə ölkə ərazisində radio-televiziya yayımının fasiləsiz və keyfiyyətli təmin edilməsi üçün qurumun bütün struktur bölmələrinə müvafiq tapşırıqlar verilib.