“Teleradio” İB-də Qazaxıstanın “Respublika Teleradiokorporasiyası”nın nümayəndəsi ilə görüş keçirilib

“Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyində (“Teleradio” İB) Qazaxıstan Respublikasının Mədəniyyət və İnformasiya Nazirliyinin “Respublika Teleradiokorporasiyası” Səhmdar Cəmiyyətinin Texniki təminat və nəzarət şöbəsinin rəhbəri Dmitri Kaminski ilə görüş keçirilib.

Dmitri Kaminski audiovizual yayım sahəsi üzrə Azərbaycan təcrübəsinin öyrənilməsi və bu sahədə fəaliyyət göstərən subyektlərlə əməkdaşlıq əlaqələrinin yaradılması üçün bir sıra görüşlərin keçirilməsi məqsədilə ölkəmizə ezam olunduğunu bildirib.

“Teleradio” İB-nin baş direktoru vəzifəsini müvəqqəti icra edən Elman Həsənov Azərbaycanın yerüstü audiovizual yayım sahəsi üzrə infrastruktur operatoru olan “Teleradio” İB-nin xidmətləri barədə ətraflı məlumat verib.

Dmitri Kaminski bildirib ki, “Teleradio” İB-nin fəaliyyət sahəsi olduqca genişdir və təmsil etdiyi qurumla əməkdaşlıq üçün perspektiv mövcuddur.

Elman Həsənov isə Qazaxıstanın “Respublika Teleradiokorporasiyası” Səhmdar Cəmiyyəti ilə “Teleradio” İB arasında mümkün əməkdaşlıq münasibətlərinə baxıla biləcəyini məmnunluqla qeyd edib.

Tərəflər qurumların rəhbərliyi və texniki heyəti arasında bu cür görüşlərin gələcəkdə də keçirilməsinin əhəmiyyətli olacağını bildiriblər.

22.02.2024