İşçilərin daha keyfiyyətli içməli su ilə təminatı və büdcə xərclərinin azaldılması məqsədilə, “Teleradio” İB-nin inzibati binasında sanitar-gigiyena qaydalarına uyğun yer ayrılmış və filtrləmə sistemi quraşdırılaraq istismara verilmişdir. Nəticədə, inzibati binada və Teleqüllədə işləyən işçilər gündəlik tələbatlarına uyğun içməli, təmiz su ilə təmin edilmişdir. Quraşdırılmış 3 ədəd İtaliya istehsallı filtrlərin 1 ədədi kobud, digər 2 ədədi isə narın təmizləmə üçün nəzərdə tutulmuşdur. Sistemin dayanıqlığını təmin etmək üçün 1 tonluq ehtiyat su çəni dövriyyəyə qoşulmuşdur. Standartlara cavab verən sistem “Teleradio” İB mütəxəssisləri tərəfindən quraşdırılmışdır.
Qeyd edirik ki, təmizləmə ölçüsü 1 mOM olan filtrlərdən xaric edilmiş suyun “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Mərkəzi Laboratoriyasında mikrobioloji və fiziki-kimyəvi analizi aparılmış və müsbət rəy əsasında uyğunluq sertifikatı alınmışdır.