“Teleradio” İB-də Mülki müdafiıSəbail rayon fövqəladə hallar və mülki müdafiə şöbəsinin 2015-ci tədris ili üçün tədbirlər planına müvafiq olaraq, 29 sentyabr 2015-ci il tarixində “Teleradio” İB-də “Fövqəladə hadisələrin nəticələrinin aradan qalrdırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin MM məşqi keçirilmişdir.
Rəhbər heyətin MM məşqinin məqsədləri aşağıdakılardan ibarət olub:
- Azərbaycan Respublikası prezidentinin 18 aprel 1998-ci il tarixli, 700 saylı fərmanı ilə təsdiq olunmuş “Mülki Müdafiə haqqında” Azərbaycan Respublikasının Qanununun və Nazirlər Kabinetinin 25 sentyabr 1998-ci il tarixli “Mülki Müdafiənin təmin edilməsi barədə” 193 saylı Qərarının tələblərinin “Teleradio” İB-nin rəhbər heyəti tərəfindən mənimsənilməsi və yerinə yetirilməsi səviyyəsini müəyyən etmək;
- “Teleradio” İB-də rəhbər heyətin Fövqəladə hallar üzrə komissiyanın, komandir-rəis heyətin fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili üzrə biliklərinin təkmilləşdirilməsi;
- Mülki Müdafiə planlarının reallığının yoxlanılması;
- “Teleradio” İB-də fövqəladə hadisələr zamanı fəaliyyət göstərməyə hazırlıq səviyyəsinin yoxlanılması;
- “Teleradio” İB-də işçilərin fövqəladə hadisələr zamanı davranış qaydaları üzrə biliklərinin yoxlanılması;
Rəhbər heyətin MM məşqinə cəlb olunmuşdur:
- “Teleradio” İB-ni rəhbər heyəti
- Fövqəladə hallar komissiyası
- MM qərargahı
- Komandir-rəis heyəti
Rəhbər heyətin MM məşqi yüksək səviyyədə təşkil olunub keçirilmişdir.
Məşqin sonunda “Teleradio” İB-nin iclas zalında rəhbər heyətin MM məşqinin nəticələri müzakirə olunmuşdur. Müzakirələr zamanı Səbail rayon FH və MM şöbəsinin rəisi polkovnik-leytenant Nazir Əkbərov, şöbənin əməkdaşları kapitan Nazıyev Anar, mühəndis Sadıqov Elnur, MM idarəsinin əməkdaşı baş leytenant Mansurov Rəşad, “Teleradio” İB-nin MMQ rəisi, birliyin texniki direktoru Abbasov Mikayıl və xüsusi işlər və MM mühəndisi Tanverdiyev Xaqani çıxış etmişlər.