“Teleradio” İB-də hesabat-seçki konfransı keçirilib

15 fevral 2024-cü il tarixində “Teleradio” İB-nin Həmkarlar İttifaqı Komitəsinin hesabat-seçki konfransı keçirilib.

Konfransı giriş sözü ilə açan Nəqliyyat, Rabitə və Yüksək Texnologiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Rəşad Səfərov konfransın məqsəd və vəzifələri barədə iştirakçılara ümumi məlumat verib.

Daha sonra ötən fəaliyyət dövrü üzrə “Teleradio” İB-nin Həmkarlar İttifaqı Komitəsinin sədri Nəzakət Mahmudovanın və Təftiş komissiyasının sədri Orxan Kərimovun hesabatı dinlənilib.

Konfrans iştirakçıları ilə aparılan müzakirələrin və səsvermənin nəticəsi olaraq, Nəzakət Mahmudova növbəti dəfə “Teleradio” İB-nin Həmkarlar İttifaqı Komitəsinin sədri və “Teleradio” İB-nin İnsan resurslarının idarə edilməsi şöbəsinin müdiri Şamxal Rüstəmovla birgə Nəqliyyat, Rabitə və Yüksək Texnologiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin konfransına nümayəndə seçilib.

Sonda konfrans iştirakçılarının səsverməsi yolu ilə komitə və müvafiq komissiyaların tərkibi yenidən təşkil edilib.

16.02.2024