“Teleradio” İB mütəxəssisləri tərəfindən Bakı Teleqüllə Kompleksinin +200 m. səviyyəsindən son nöqtəsi olan +310 m. səviyyəsinədək olan metal hissəsi təmir edilərək, sintetik lüks parlaqlıq boyası ilə rənglənmişdir. Qeyd edirik ki, Teleqüllənin metal hissəsinin +230 m. səviyyəsindən +254 m. səviyyəsinədək olan hissəsində yerləşmiş I və II TV diapazonlu, 75 Om-luq köhnə antena sistemləri çıxarılmışdır. Əvəzində, İtaliyanın “Aldena” şirkətinin istehsalı olan, gücü 35 kVt-lıq yeni 8 mərtəbəli FM antena sistemi layihələndirilmiş və hal-hazırda quraşdırılma işləri davam etdirilir. Nəticədə, bu ilin sonunadək, 87.50-108.00 MHs tezliyində yayımlanacaq yeni FM radio proqramlarının Bakı şəhəri və Abşeron yarımadasında, həmçinin ondan 100 km radiusda olan ərazidə inamlı qəbulu təmin ediləcəkdir.