
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 091 saylı, 31.03.2014-cü il tarixli qərarı ilə “Teleradio” İB-nin “Teleqüllə” kompleksi “Azərbaycan Respublikasının mühafizə olunmalı, həyat təminatlı, mühüm əhəmiyyətli obyektlərin siyahısına” daxil edilmişdir. Qeyd edilən qərarı “Teleqüllə” kompleksində yanğına qarşı siqnalizasiya və yanğınsöndürmə sistemlərinin quraşdırılmasına, yanğınsöndürmə avadanlıqlarının, ilkin yanğınsöndürmə vasitələrinin alınmasına və təmirinə, yanğın təhlükəsizliyi qaydalarına və normalarına, standartlarına riayət etməyə daim ciddi nəzarət edilir. Qeyd olunanlara uyğun olaraq, Bakı Teleqüllə Kompleksinin yanğın təhlükəsizliyinin tam təmin edilməsi məqsədilə, kompleksdə “İntellektual ünvanlı yanğından mühafizə siqnalizasiya” sistemi quraşdırılaraq istismara verilmişdir. Sistemdə 764 ədəd tüstüdən optik-elektron intellektual yanğın söndürmə xəbərverici (analoq ünvanlı) quraşdırılıb. Yeni sistemin test yoxlama işləri məqsədilə, yanğın və tüstü, xəbərverici detektorun çıxarılması və qısa qapanma yolu ilə texniki müayinəsi aparılmışdır. Nəticədə, yeni sistemin dayanıqlığı normativə uyğun qiymətləndirilmişdir. Qeyd edirik ki, kompleksin -26 səviyyəsindən +70 səviyyəsinə qədər əlavə 64 ədəd görüntü kameraları quraşdırılmış və 24/7 saatlıq daimi nəzarət həyata keçirilir. Bundan başqa, 20 ədəd müxtəlif növlü odsöndürən balon və 32 ədəd tam komplektli (F-51 püskürücü, F-51 kranlı başlıq, 20 metrlik içi rezinli şlanq) bir qapılı şkaf alınaraq kompleksin mərtəbələrində su kranları olan yerlərdə quraşdırılmışdır.