Space TV-nin HD yayımına başlanılıb

Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının (MTRŞ) 11 yanvar 2021-ci il tarixli 01/1 saylı qərarına əsasən bu gündən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyinin (“Teleradio” İB) Bakı Teleqüllə Kompleksindən Bakı şəhəri və Abşeron yarımadası ərazisində “Space Müstəqil Teleradio” MMC-nin “Space” televiziya proqramının 34-cü TV kanalda (578 MHs tezlikdə) “HD” formatda yayımına başlanılıb.

12.01.2021