Ərazilər işğaldan azad olunduqdan sonra, 07.05.2022-ci il tarixdə Xocavənd rayonunun Hadrut qəsəbəsində yerləşən Şahyeri Radio-Televiziya Yayım Stansiyasının işi bərpa edilib. Bu stansiya yayım dairəsinin genişliyinə görə digər stansiyalardan fərqlənir və bu baxımdan, işğaldan azad edilmiş ərazilərdəki radio-televiziya yayım şəbəkəsi üçün xüsusi əhəmiyyət kəsb edir.