Radio Televiziya yayımı və Peyk rabitəsi İstehsalat Birliyi tərəfindən 10 iyun tarixində saat 06:00-dan 15:00-dək növbəti kompleks profilaktika işləri aparılacaq. Bu müddət ərzində ölkə ərazisində radio və televiziya proqramlarının yerüstü yayımında fasilə olacaq.
Qeyd edək ki, kompleks profilaktika radio-televiziya proqramlarını istehsal edən şirkətlərlə öncədən razılaşdırılmış qrafik əsasında il ərzində bir neçə dəfə aparılır.
Qrafikə əsasən, növbəti kompleks profilaktika işlərinin 16 sentyabr tarixində aparılması nəzərdə tutulub.