Rabitə və yüksək texnologiyalar naziri Lənkəranda cənub bölgəsinin vətəndaşlarını qəbul edib

Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam etdirilir.

Fevralın 3-də rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində Astara, Lənkəran, Lerik, Masallı və Yardımlı rayonlarının sakinllərini qəbul edib.

Qəbul zamanı cənub bölgəsindən olan 50 nəfərə yaxın vətəndaşın şikayət və müraciətləri dinlənilib.

Qəbulda vətəndaşlar əsasən əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətləri, işə qəbul və digər məsələlərlə bağlı müraciətlər ediblər.

Vətəndaşların müraciətlərində qaldırılan problemlərin əksəriyyəti yerində həllini tapıb.

Nazir R.Quluzadə digər müraciətlərin həlli ilə bağlı müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verib.

 

 

www.mincom.gov.az