Rabitə və yüksək texnologiyalar naziri Şamaxıda vətəndaşlarla görüşüb

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam etdirilir.

Mayın 5-də rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Şamaxı şəhərindəki Heydər Əliyev Mərkəzində Şamaxı, Qobustan, Ağsu və İsmayıllı rayonlarından olan vətəndaşlarla görüşüb.

Qəbulda telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətləri, işə qəbul və digər məsələlərlə bağlı müraciətlər üstünlük təşkil edib.

Vətəndaşların müraciətlərində qaldırılan problemlərin əksəriyyəti yerində həllini tapıb.

Nazirliyin fəaliyyət dairəsinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə qeydiyyata alınaraq müvafiq qurumlara göndərilməsi təmin olunacaq.

Nazir R.Quluzadə digər müraciətlərin həlli ilə bağlı müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verib.

 

www.mincom.gov.az