Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 noyabr tarixli Sərəncamı ilə rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini təyin olunan Ramin Quluzadə nazir səlahiyyətlərini icra edəcək.
Ölkə başçısının digər sərəncamına əsasən, İltimas Məmmədov rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini vəzifəsindən azad olunaraq nazir müavini təyin edilib.
Yeni təyin olunan rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini və nazir əvəzi Ramin Quluzadə bu gün Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin kollektivinə təqdim edilib.
Qeyd edək ki, Ramin Quluzadə 1977-ci ildə Bakı şəhərində anadan olub. 1999-cu ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu magistr dərəcəsi ilə bitirib.
2005-2015-ci illərdə Heydər Əliyev Fondunda fəaliyyət göstərib.
Azərbaycan Respublikası Prezidentinin 2014-cü ildə imzaladığı Sərəncama əsasən Heydər Əliyev irsinin qorunması və təbliğində səmərəli fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif edilib.
Ailəlidir, 2 övladı var.
www.mincom.gov.az