Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Bu gün Azərbaycan xalqı Ümummilli Lider, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin 100 illik yubileyini qeyd edir.

Bununla əlaqədar Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin kollektivi Fəxri xiyabanda Ulu öndərin məzarını ziyarət edib.

Ziyarətçilər Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar.

Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə güllər düzülüb.

10.05.2023