Qarabağda və Şərqi Zəngəzurda TV yayımı üçün kanallar ayrılıb

Azərbaycan Respublikası Audiovizual Şurasının 8 iyun 2022-ci il tarixli 6/1 saylı Qərarı ilə Xocavənd rayonu ərazisində yerləşən “Şahyeri”, Zəngilan rayonu ərazisində yerləşən “Mincivan”, Qubadlı rayonu ərazisində yerləşən “Xanlıq” və “Balasoltanlı”, Kəlbəcər rayonu ərazisində yerləşən “Kəlbəcər” Radio-Televiziya Yayım Stansiyalarından açıq televiziya yayım paketi üçün müvafiq yeni televiziya yayım kanalları ayrılıb.

Ayrılan TV kanallarının parametrləri aşağıdakı kimidir:

  • “Şahyeri” RTYS üzrə: 47-ci TV yayım kanalı, 682 MHs tezlik, maksimal şüalanma gücü 40 dBVt;
  • “Mincivan” RTYS üzrə: 43-cü TV yayım kanalı, 650 MHs tezlik, maksimal şüalanma gücü 28 dBVt;
  • “Xanlıq” RTYS üzrə: 26-cı TV kanalı, 514 MHs tezlik, maksimal şüalanma gücü 28 dBVt;
  • “Balasoltanlı” RTYS üzrə: 43-cü TV kanalı, 650 MHs tezlik, maksimal şüalanma gücü 28 dBVt;
  • “Kəlbəcər” RTYS üzrə: 23-cü TV kanalı, 490 MHs tezlik, maksimal şüalanma gücü 28 dBVt.

08.06.2022