Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə 7 aprel 2016-cı il tarixdə saat 10:00-da Mingəçevir şəhərində Ağdaş, Göyçay, Ucar, Kürdəmir rayonlarında və Mingəçevir şəhərində yaşayan əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edəcək.
Vətəndaşlardan “[email protected]” elektron poçt ünvanı, 1655 “Çağrı Mərkəzi”, 012 598 38 18 nömrəli telefon vasitəsi ilə (regionlardan edilən zənglər pulsuzdur) əlaqə saxlayıb qəbula yazılmaları xahiş olunur.
Eyni zamanda, qəbula gəlmək istəyən vətəndaşlar, zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar. Bunun üçün:
Mingəçevir şəhərində 02427 52999
Ağdaş rayonunda 02023 55199
Göyçay rayonunda 02027 43333
Ucar rayonunda 02021 33777
Kürdəmir rayonunda 02025 51599
nömrəli telefonlara zəng edilməsi xahiş olunur.
www.mincom.gov.az