Nazir Lənkəranda vətəndaşlarla görüşəcək

3 fevral 2016-cı il tarixdə saat 1100 -da Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Lənkəran şəhərində Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı rayonlarında yaşayan əhaliyə göstərilən telekommunikasiya, poçt, internet, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edəcək.

Vətəndaşlardan “[email protected]” elektron poçt ünvanı, 1655 saylı “Çağrı Mərkəzi”, 012 598 38 18 nömrəli telefon vasitəsi ilə (regionlardan edilən zənglər pulsuzdur)  əlaqə saxlayıb qəbula yazılmaları xahiş olunur.

Eyni zamanda, qəbula gəlmək istəyən vətəndaşlar zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar. Bunun üçün aşağdakı telefon nömrələri ilə əlaqə saxlamaq olar.

 

Lənkəran rayonunda     02525 54242

Astara rayonunda          02522 51111

Masallı rayonunda         02521 53004

Lerik rayonunda             02527 44266

Yardımlı rayonunda       02520 61255

 

www.mincom.gov.az