Kəlbəcərdə İkinci Milli Radio-Televiziya Yayım Stansiyasının fəaliyyəti bərpa edilib

AZCON Holding şirkətlərindən olan “Radio-Televiziya Yayımı və Peyk Kommunikasiyası” MMC tərəfindən işğaldan azad edilmiş ərazilərdə radio-televiziya yayım şəbəkəsinin qurulması istiqamətində işlər davam etdirilir.

Sözügedən fəaliyyət çərçivəsində 17 noyabr 2026-cı il tarixində Kəlbəcər rayonu ərazisində yerləşən İkinci Milli Radio-Televiziya Yayım Stansiyasının işi bərpa edilib. Bununla da, işğaldan azad edilmiş ərazilərdə bu günədək bərpa edilən stansiyaların sayı 13-ə çatdırılıb.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na və əhalinin geri qayıdış mərhələlərinə uyğun olaraq , şəbəkənin əhatə dairəsinin və siqnal keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdiriləcəkdir.

17.11.2026