Hərbi İdarəetmə İnstitutunun kursunun iştirakçıları “Teleradio” MMC-də tanışlıq səfərində olublar

Hərbi İdarəetmə İnstitutunun “Strateji araşdırmalar və dövlət müdafiəsinin idarə edilməsi akademik kursu”nun iştirakçıları “Teleradio” MMC-də tanışlıq səfərində olublar.

Səfər çərçivəsində dinləyicilərə şirkətin fəaliyyəti, yayım infrastrukturu və peyk və yerüstü yayım şəbəkələrinin idarə edilməsi barədə məlumat verilib, strateji və milli təhlükəsizlik baxımından yayım infrastrukturunun əhəmiyyəti barədə fikir mübadiləsi aparılıb.

Səfərin sonunda xatirə fotosu çəkilib.

31.12.2025