Elan

Kreditor Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyi (Bakı ş., Ak. A.Abbaszadə küç, 2) borclu “Lider TV və Radio-Azərbaycan” MMC-nə (Bakı ş., Ş.Mehdiyev küç., 83) qarşı iflas elan edilmə haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
İş üzrə növbəti məhkəmə iclası 16.06.2020-ci il tarixində saat 10:30-da Bakı Kommersiya Məhkəməsinin İnzibati binasının 13-cü məhkəmə iclas zalında keçiriləcək.

10.06.2020