“Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının 30 illik yubiley döş nişanı” ilə təltif edilmiş əməkdaşlar mükafatlandırılmışdır

Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin Rəyasət Heyətinin növbəti iclası keçirilmişdir.
İlk öncə həmkarlar ittifaqı işində fərqləndiyinə görə “Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının 30 illik yubiley döş nişanı” ilə təltif edilmiş əməkdaşlar, o cümlədən “Teleradio” İB-nin Həmkarlar İttifaqı Komitəsinin sədri Nəzakət Mahmudova mükafatlandırılmışdır.
Sonra Respublika Komitəsinin iş planına əsasən iclasın gündəliyinə daxil edilmiş məsələlər müzakirə olunmuş və müvafiq qərarlar qəbul edilmişdir.
19.05.2023