
“Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyində (Teleradio İB) Azərbaycan Respublikasında 2023 – 2030-cu illərdə audiovizual yayımların inkişaf konsepsiyasının hazırlanması ilə bağlı görüş keçirilib. Görüşdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, Audiovizual Şuranın, Medianın İnkişafı Agentliyinin, eləcə də radio-televiziya şirkətlərinin məsul nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, konsepsiyanı “Arthur D. Little” Konsaltinq Xidmətləri Səhmdar Şirkəti (Türkiyə) hazırlayacaq.
Görüşdə şirkət təmsilçisi təqdimatla çıxış edib.
Konsepsiyanın texniki-iqtisadi cəhətdən səmərəli hazırlanması ilə bağlı toplantı iştirakçıları bir sıra təkliflər irəli sürüblər.
Konsepsiyanın hazırlandığı müddətdə müzakirələrin davam etdirilməsi nəzərdə tutulub.
01.07.2022