“Radio-Televiziya Yayımı və Peyk Kommunikasiyası” MMC
1. Vəzifənin adı
Elektrik mexaniki
2. Vəzifə kateqoriyası
Texniki–icraçı
Hesabatlılıq
Hesabat verir: Sahə rəisinə
3. Vəzifə funksiyaları
(Vəzifə üzrə yerinə yetirilməsi tələb olunan müvafiq funksiyalar)
- Avadanlığın texniki vəziyyətinə və elektrik rejiminə sistematik nəzarət etmək.
- Texniki istismar qaydalarına uyğun avadanlıqlarda lazımi ölçmələrin aparılması, profilaktik və təmir işlərinin vaxtında yerinə yetirilməsi.
- İstismar-texniki sənədlərin vaxtında və düzgün aparılması.
- Növbənin qəbulu və təhvili zamanı avadanlıq və ölçü cihazlarının işçi vəziyyətdə olmasına nəzarət etmək.
- Ehtiyat hissələrinin, alətlərin və mühafizə vasitələrinin uçotunun aparılması, təhvil-təslim haqqında jurnalda müvafiq qeydlərin edilməsi və bu barədə stansiya cavabdehinə məruzə etmək.
- Texniki nasazlıq yarandıqda dərhal stansiya cavabdehinə məruzə etmək və avadanlığın işinin bərpası üçün tədbirlər görmək.
- Avadanlıq, cihaz və otaqları səliqəli saxlamaq.
- Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, yanğından mühafizə və sənaye sanitariyası qaydalarına riayət etmək.
- Müəssisənin fəaliyyətinin təmin edilməsi məqsədilə rəhbərlik tərəfindən verilən tapşırıqları, həmçinin qanunvericilik aktlarında və təşkilati-sərəncam sənədlərində nəzərdə tutulmuş digər vəzifələri peşə-ixtisas dərəcəsinə uyğun olaraq yerinə yetirmək.
4. Məsuliyyət səviyyəsi
(maddi-texniki, hüquqi, məxfilik və s. üzrə məsuliyyət)
- Maddi-texniki ziyanın vurulmasına görə — Azərbaycan Respublikasının qüvvədə olan əmək və mülki qanunvericilikləri ilə müəyyən olunmuş qaydada.
- Öz əmək fəaliyyətinin həyata keçirilməsi prosesində yol verdiyi hüquqi pozuntulara görə — Azərbaycan Respublikasının qüvvədə olan inzibati, cinayət və mülki qanunvericilikləri ilə müəyyən olunmuş qaydada.
- Maraqların qorunmaması, müəssisə daxili və müştərilər barədə məlumatların (kommersiya sirri), həmçinin sirr təşkil edəcək məlumatların və sənədlərin, digər məxfi məlumatların üçüncü şəxslərə çatdırılmasına görə — Azərbaycan Respublikasının qüvvədə olan əmək, inzibati, cinayət və mülki qanunvericilikləri ilə müəyyən olunmuş qaydada.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Elektrik mexaniki” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur.
Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Son müraciət tarixi: 04.12.2025, saat 17:00







