
Hər il olduğu kimi, 2025-ci il ərzində də bir neçə ali və orta ixtisas təhsil müəssisəsinin tələbələri “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyində (Teleradio İB) təcrübə keçəcəklər.
Belə ki, il ərzində ən çox təcrübəçi Azərbaycan Texniki Universiteti və Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecindən cəlb edilir.
Bununla yanaşı, Azərbaycan Dövlət İqtisad Universitetinin, Bakı Dövlət Peşə Təhsil Mərkəzinin və digər təhsil müəssisələrinin tələbələrinə də təcrübə proqramında iştirak imkanı yaradılır.
Əsasən radiotexnika istiqamətində təşkil edilən təcrübə proqramı tələbələrə əlavə nəzəri və praktiki biliklər qazandırmaqla yanaşı, onlara karyera qurmaqda da dəstək olur.
Qeyd edək ki, Bakı Teleqüllə Kompleksinin yayım və monitorinq mərkəzlərini, eləcə də laboratoriyanı əhatə edən təcrübə proqramı “Teleradio” İB-nin mütəxəssisləri tərəfindən aparılır.
01.07.2025