
Türkiyənin nüfuzlu telekanallarından biri olan “TRT Avaz” tərəfindən hazırlanacaq “Yüzlər” adlı sənədli film layihəsinin ilk buraxılışı Azərbaycanın ilk beynəlxalq qrossmeysteri, İslam dünyasında qadınlar arasında ilk beynəlxalq qrossmeyster, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyevaya həsr olunacaq.
Filmdə Aynur Sofiyevanın uşaqlıq illərindən başlayaraq dünya miqyasında tanınan bir şahmat ustası və liderlik mövqeyinə qədər yüksəlişi ekranlaşdırılacaq. Ekran əsəri şahmat metaforası ilə Azərbaycanın müasir simasını, Bakının futuristik siluetini, mədəni zənginliyini əks etdirməyi hədəfləyir və filmin bir hissəsinin çəkilişi Azərbaycanda ən hündür tikili olan Teleqüllənin 180 metr yüksəkliyində aparılıb.
Qeyd edək ki, layihə türk dövlətlərində elm, incəsənət, idman və digər sahələrdə uğur qazanmış qadınların həyat yollarını nümayiş etdirərək qadınların gücünü və ilhamverici hekayələrini ön plana çıxarmağı hədəfləyir.
26.06.2025