6 NOYABR RADİO GÜNÜDÜR

Azərbaycan radiosu 1926-cı il noyabrın 6-da efirə çıxıb. Həmin gün ölkə paytaxtının küçələri və meydanlarında qurulmuş reproduktorlardan ilk dəfə “Danışır Bakı!” ifadəsi ətrafa yayıldı. Radioya təkcə Bakıda deyil, ətraf yaşayış məntəqələrində də maneəsiz qulaq asa bilirdilər. O zaman həmin hadisə Azərbaycan xalqının siyasi və mədəni həyatında böyük bir yenilik idi. Bu gün isə həmin tarixdən 89 il keçir. O gündən bugünədək, radio yayımı mərhələlərlə inkişaf etmiş və HD FM radio yayımınadək müasirləşmişdir. Belə ki, 13.04.2012-ci il tarixində Bakı Teleqüllə kompleksinin 200 metr hündürlüyündə quraşdırılmış, İtaliyanın RVR Elektronika şirkətinin istehsalı olan  5 kVt gücündə HD radiovericisi vasitəsilə, Bakı şəhərində ilk dəfə olaraq 105 MHs tezliyində “Azərbaycan” radiosu ilə “İctimai” radionun HD formatlı yayımı həyata keçirilmişdir.
İstər radio, istərsə də televiziya yayımının ən müasir texnologiyalar əsasında yayımının həyata keçirilməsi üçün “Teleradio” İB tərəfindən hər cür səy göstərilir.
Hazırda, ölkədə yayımlanan bütün radioların adlarını aşağıdakı cədvəldə təqdim edir və hər bir radio və televiziya işçisini radio günü münasibətilə “Teleradio” İB-nin rəhbərliyi və kollektivi adından təbrik edirik.

Fəaliyyətdə olan radiolar və əhatə dairələri
1 Respublika Respublika
2 İctimai Respublika
3 Space Respublika
4 Az. Azərbaycan Respublika
5 ANS ÇM Respublika
6 Lider Respublika
7 Xəzər Respublika
8 Bürc Respublika
9 Anten Respublika
10 Media Respublika
11 Araz Respublika
12 Kəpəz Daşkəsən
13 Avto Bakı-Abşeron
14 Naxçıvan Naxçıvan MR
15 Naxçıvanın səsi Naxçıvan MR