
6 dekabr – Rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı münasibətilə “Radio-Televiziya Yayımı və Peyk Kommunikasiyası” Məhdud Məsuliyyətli Cəmiyyətinin (“Teleradio” MMC) on iki əməkdaşı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Fəxri Fərmanı ilə təltif edilib, dörd əməkdaşı isə “Rabitə ustası” fəxri adına layiq görülüb.
Peşə bayramı günü ilə əlaqədar “Teleradio” MMC-də keçirilən tədbir zamanı Azərbaycanda rabitə sahəsinin yaranması və əldə olunan uğurlardan danışılıb.
Sonda əməkdaşların mükafatlandırılması mərasimi keçirilib.
17.12.2025







