Yeni anten-fider sistemi istismara verilib

“Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyinin (Teleradio İB) 310 m. hündürlüyündə olan Bakı Teleqüllə Kompleksinin +270 m. səviyyəsində 4×5 konfiqurasiyalı yeni UHF anten-fider sistemi quraşdırılıb istismara verilib. Nəticədə, İctimai TV və CBC Sport TV proqramlarının Bakı şəhəri və Abşeron yarımadası ərazisində 34-cü televiziya kanalında HD formatlı açıq yayımı təmin olunub. Belə ki, HD formatını dəstəkləyən istənilən qəbuledicini 34-cü TV kanala və ya 578 MHs tezliyə kökləyib Bakı şəhəri və Abşeron yarımadası ərazisində qeyd olunan hər iki proqramı bir paketdə qəbul edərək Full HD ölçüdə izləmək mümkündür.