HD yayım

«Teleradio» İB Full HD yayım avadanlıqlarına malikdir və istənilən zaman, istənilən məkandan istənilən tədbirin HD TV və Full HD TV formatlı yayımını təmin edə bilər. Həmçinin, mobil Up-link stansiya vasitəsi ilə proqramların bir çox peykə qaldırılması mümkündür.

2012-ci ildə Bakı şəhərində keçirilmiş “Eurovision-2012” mahnı müsabiqəsinin çəkilişinin Full HD formatlı canlı yayımı ilk dəfəTeleradio İB tərəfindən həyata keçirilmişdir. O zaman, Bakı şəhəri və Abşeron yarımadası ərazisində müsabiqənin Full HD yayımını təmin etmək məqsədilə, 48-ci TVk-da işləyən Almaniyanın “Rohde & Schwarz” şirkətinin istehsalı olan, 2,6 kVt-lıq gücə malik, DVB-T2 standartlı, Full HD (yüksək keyfiyyətli) yayım formatını dəstəkləyən verici Bakı Teleqüllə kompleksində quraşdırılaraq istismara verilmişdir. Nəticədə, “İctimai” televiziyanın proqramlarının Full HD yayımı (peykdən və yerüstü) həyata keçirilmişdir.

2016-cı ildən İdman Azərbaycan TV, CBC Sport TV proqramlarının, 2017-ci ilin sentyabr ayından ATV, oktyabr ayından Xəzər TV və İctimai TV proqramlarının, 2018-ci ilin fevral ayından AzTV, Mədəniyyət TV proqramlarının, 2019-cu ilin iyun ayından ARB24 və 2021-ci ilin 12 yanvar tarixindən Space TV proqramının Full HD formatlı yerüstü yayımına başlanılmışdır.

Digər TV proqramlarının da yaxın zamanda Full HD formatlı yayımının təmin olunması üçün hazırlıq işləri aparılır. Regionlarda HD yayıma keçidlə əlaqədar 2-ci multipleksorun qurulması və yerüstü yayımın DVB-T2 standartına keçidi planlaşdırılır.

Regionlarda HD yayıma keçidlə əlaqədar 2-ci multipleksorun qurulması və yerüstü yayımın DVB-T2 standartına keçidi planlaşdırılır.

Eyni zamanda, TV proqramların “Azerspace-1” peyki üzərindən HD yayımına başlanılması da nəzərdə tutulur.